27 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib
21-12-2019 [17:03]
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı tədbirləri bu gün Abşeron rayonunun Saray qəsəbəsində davam etdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Mia.az-a verilən məlumata görə, burada Nazirlik tərəfindən yeni yaşayış binalarından alınan və müasir tələblərə uyğun yaşayış şəraitinə malik 27 mənzil bu kateqoriyalardan olan vətəndaşlara təqdim edilib.
ƏƏSMN-in Aparat rəhbəri Hidayət Abdullayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən birinin əhalinin həssas qruplara diqqət və qayğının artırılması olduğunu vurğulayıb. Bu istiqamətdə atılan ardıcıl addımlardan bəhs edən H.Abdullayev bildirib ki, şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət qayğısı da ildən-ilə artırılır. Cari ildə də ölkəmizdə sosial sahədə 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan inqilabi addımlar atılmaqla, eyni zamanda şəhid ailələrinə və müharibə əlillərinə yönələn sosial ödənişlərin təqribən iki dəfə artırılması təmin edilib.
H.Abdullayev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramının da ildən-ilə gücləndirildiyini deyib. Bildirib ki, ötən il şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, bu il 50 faiz çox olmaqla onlara 934 mənzil verilməsi nəzərdə tutulub və artıq böyük əksəriyyəti verilib. İndiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7235 mənzil və fərdi ev təqdim edilib. Eyni zamanda 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 müharibə əlilinə avtomobil verilibsə, cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb və artıq 500-ə yaxın avtomobil təqdim edilib. Ümumən isə indiyədək müharibə əlillərinə 6465 minik avtomobili verilib.
Yeni mənzillə təmin olunan vətəndaşlar aparılan uğurlu islahatlardan, şəhid ailələrinə, müharibə əlillərinə daim artan dövlət qayğısından razı qaldıqlarını, onlara göstərilən yüksək qayğıya və bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...