GÜRCÜSTAN SERİYALI MAŞINLARA QADAĞA... - Soydaşlarımız Bakıda toplandı + Gömrük Komitəsinə etiraz
21-12-2019 [13:54]
Dünən Astoriya-Bakı Hotelinin konfrans zalında Dövlət Gömrük Komitəsi xarici dövlətlərdə qeydiyyatı olan avtomobillərin, xüsusilə də Gürcüstan dövlət nişanlı avtomobillərin müvəqqəti olaraq ölkəyə gətirilməsinə qoyduğu qanunsuz qadağa ilə bağlı “Soydaş” İctimai Birliyinin təşəbbüsü ilə geniş müzakirə keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə çıxış edənlər Dövlət Gömrük Komitəsinin bu qanunsuz qadağanı xarici dövlətlərdə daimi qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİFMN) 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq gətirilməsi zamanı nəzarət tədbirlərinin gücləndirilməsi kimi təqdim etməsini cəmiyyəti çaşdırmaq niyyəti güddüyünü qeyd ediblər.
Dövlət Gömrük Komitəsinin müvəqqəti gətirilən avtonəqliyyat vasitələrinin əksəriyyətinin istehsal buraxılış tarixi 15-20 ili ötməsini və texniki göstəricilərə görə qənaətbəxş olmamasını qabartmasını cəmiyyətin çaşdırılmasına cəhdin sübutu kimi vurğulayıblar.
Tədbir iştirakçıları Dövlət Gömürk Komitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarının tələblərini pozmasını pisləyərək həmin qərarda söhbətin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” adlı Nazirlər Kabinetinin qərarından getdiyini bildiriblər. Yəni adından da göründüyü kimi həmin qərarda söhbət fiziki şəxslərin kommersiya və ya istehsal məqsədilə gətirilməyən malların gömrük sərhəddindən sərbəst keçirilməsindən gedir. Həmin 305 nömrəli qərarın 1.3.9. maddəsi "avtonəqliyyat vasitəsi - dövlət qeydiyyatına alınmış və ya alınmalı olan, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (bundan sonra - XİFMN) 8701-8704, 8711 və ya 8716 mal mövqelərinə aid nəqliyyat vasitələrdən” redktəsi ilə verilib. Bu qərar mahiyyətcə Azərbaycan vətəndaşlarına aiddir. Xarici ölkə vətəndaşlarının özlərinə məxsus avtonəqliyyat vasitələrini Azərbaycan ərazisinə gətirməsinə aiddiyatı yoxdur. Buna görə də Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə qeydiyyatı olan avtomobillərin müvəqqəti olaraq ölkəyə gətirilməsinə qadağa qoymasını qanun pozuntusu kimi qiymətləndirmək olar.
Tədbir iştirakçıları bu mövzu ilə bağlı “Yeni Sözçü” qəzetinin cəmiyyəti ilk gündən obyektiv məlumatla təmin etdiyini, Gürcüstanda yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində prinsipial mövqeyini alqışlayıblar.
Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin bu qanunsuz addımının qarşısı alınması üçün Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...