İki polkovnikə və mayora yeni vəzifələr verildi - Vilayət Eyvazovdan rəis təyinatları

img

20-12-2019 [15:54]


Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Azər Məmmədov təyin edilib.

V.Eyvazovun digər əmri ilə polis mayoru Fərrux Bektaşi Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub/Report.

Mia.az-ın əldə etdiyi məlumata görə, nazir Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə də rəis təyin edib.

Məlumata görə, bu vəzifəyə polis polkovnik-leytenantı Tural Məşədiyev təyin edilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA