“İcra başçısının oğlu 2005-ci ildə ailə həyatı qurub" - İH-dən yayılan xəbərə cavab gəldi

img

20-12-2019 [14:47]


Sosial şəbəkələrdə Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadənin oğlunun toy karvanı olduğu iddia edilən video paylaşılıb.

Bununla bağlı olaraq informasiya yayıb. Həmin xəbərdə bildirilib ki, Mehdi Səlimzadə bu günlərdə oğlunu evləndirib. İcra başçısının oğlunun dəbdəbəli toy karvanının videosu sosial şəbəkələrdə tənqid edilib.

Məsələ ilə bağlı rayon İcra Hakimiyyətindən “Yeni Sabah”a bildirilib ki, yaxın keçmişdə M. Səlimzadənin oğlu ailə həyatı qurmayıb. “İcra başçısının oğlu 2005-ci ildə ailə həyatı qurub. Yayılan məlumat həqiqətəuyğun deyil”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA