"Bacılarım, bütün qohumlarım hamısı dəyib bir-birinə..." - Deputat

img

20-12-2019 [14:35]


Deputat Mahir Aslanov səhhətində yaranan problemlə bağlı danışıb.

Bu barədə "Report"a açıqlama verən deputat bildirib ki, səhhətində problemlər yaranması ilə bağlı yayılan məlumatlar ictimaiyyətə olduğu kimi təqdim edilməyib:

"Sadəcə olaraq, bu məlumatları şişirdiblər. Bir söz deyirəm, dərhal şişirdirlər. Mən xəstəxanada deyiləm. Hazırda Bakıda - öz evdimdəyəm, işimdə-gücümdəyəm. Bacılarım, bütün qohumlarım hamısı dəyib bir-birinə. Mənə görə narahat olublar. Hər şey yaxşıdır, səhhətim də əladır".

Qeyd edək ki, M.Aslanovun ürəyindən əməliyyat olunduğu və iki stend qoyulduğu barədə məlumatlar yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA