İcra başçısının bu fotosu sosial şəbəkədə gündəm oldu: "O, özünü niyə əlahiddə sayır ki..." + FOTO

img

20-12-2019 [11:27]


Suraxanının yeni icra başçısı Əziz Əzizovun hərəkətləri sosial şəbəkədə ciddi müzakirəyə səbəb olub.

Mia.az xəbər verir ki, icra başçısı çiskinli havada rayon ərazisində gəzişərkən İcra Hakimiyyətinin işçilərindən biri onun başının üstündə çətir tutub.

Bu fakt onun rayondakı şəhid baralyefinin önündə dayanarkən obyektivə alınıb.

Sosial şəbəkə istifadəçiləri bu faktı tənqid ediblər.

Hətta yağışlı havada Sumqayıta son səfərində  Prezidentin çətiri özünün tutduğunu xatırladanlar da olub: "Deyəsən, bu başçı özünü əlahiddə sayır".

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA