Bu gün iki rayonda zəlzələ oldu

img

20-12-2019 [09:23]


Azərbaycanın daha bir rayonunda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Mia.az-a bildirilib ki, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla saat 08:00-da Bərdə stansiyasından 8 km cənub-qərbdə Bərdə ərazisində qeydə alınıb.

Dərinliyi 24 km, maqnitudası 3.2 olan zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, bu gün Siyəzəndə zəlzələ olub. Yeraltı təkanlar yerli vaxtla saat 03:57-də Altıağac stansiyasından 22 km şimal-şərqdə, Siyəzən ərazisində qeydə alınıb. Zəlzələ 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 44 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA