"Bu, artıq o biri icra başçılarına ciddi bir siqnaldır" - Hüquq müdafiəçilərindən məmur həbsləri haqda rəylər
19-12-2019 [18:39]
“İtin yiyəsi varsa, qurdun da Allahı var. Çox gözəl deyimdir. Bu gün bir daha buna əmin oldum. Bu dəqiqələrdə xəbər tutdum ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu rüşvət alarkən həbs ediliblər. Belə xəbərlərə heç vaxt sevinməmişdim. Bu dəfə sevindim, ona görə ki, bu faktın özü hakimiyyətin hansısa müsbət dəyişiklik etməsinə ciddi bir işarədir”.
Bunu hüquqşünas Aslan İsmayılov bildirib.
O qeyd edib ki, son vaxtlar Prezident İlham Əliyev yeni icra başçıları təyin edərkən kim qanun pozuntusuna yol verəcəksə, ciddi cəzalanacaqlarını deyirdi:

“Baş verən hadisə deyilənlərin tək söz olmadığını göstərdi. Bu günə qədər nəinki icra başçısı, onun müavini, heç sıravi əməkdaşı da həbs olunmamışdı. Bu artıq yerdə olan icra başçılarına ciddi bir siqnaldır”.
Hüquq müdafiəçisi Sahib Məmmədov isə “Report”a açıqlamasında deyib ki, korrupsiyanı şərti olaraq iki hissəyə bölürlər – yuxarıların korrupsiyası (nomenklatur korrupsiya) və aşağıların korrupsiyası (məişət korrupsiyası). O bildirib ki, Azərbaycanda "ASAN xidmət"in yaranması ilə xırda korrupsiyanın, demək olar ki, kökü kəsilib: “Əsas korrupsiya da budur. İnsanlar xidmət alarkən, əmlak üzərində haqlarını həyata keçirərkən, müəyyən dövlət xidmətlərini alarkən, vergi ödəyicisi kimi bəyannamə verərkən, sosial sığorta bəyənnaməsi verərkən və başqa hallarda xırda ödənişlər olurdu. Ancaq hazırda onlar yoxdur, demək olar ki, belə rüşvət növü sıradan çıxıb. Bir çox dövlət qurumlarının göstərdiyi xidmət “ASAN xidmət”ə keçib. Nomenklatur korrupsiyasına gəldikdə, dövlət satınalmalarında, digər məsələlərdə korrupsiya faktları var".
Hüquq müdafiəçisi Sahib Məmmədov isə deyib ki, islahatlar dalğasının yeni fonunda bu rüşvət növünə qarşı mübarizənin daha da güclənəcəyi gözlənilən idi: "Əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi belə saxlamalar etmişdi. Əgər yazılanlar doğrudursa, yüksək vəzifəli şəxslər arasında belə hal baş verib. Kimlərdəsə şübhə qalıbsa ki, ölkə Prezidentinin islahatları dərin deyil, qoy bu, onlar üçün dərs olsun”.
Hüquq müdafiəçisi bildirib ki, korrupsiya təhlükəli fenomendir:
“Bizdə korrupsiya ilə mübarizə haqqında qanun var, dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun var. Tələblər qanunvericilikdə çox güclü şəkildə qoyulub. Əvvəllər də korrupsiya ilə mübarizə aparılırdı, ancaq indi bu istiqamətdə yeni dalğa görünməkdədir. Korrupsiya cəmiyyəti içəridən dağıdan bir fenomendir və onun qarşısı alınmalıdır. Korrupsiyaya yol verənlər idarətmə əleyhinə böyük cinayət etmiş olurlar. Bunun da qarşısı alınır”.
Qeyd edək ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar. Hər iki şəxs ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların rüşvətə görə saxlanıldığı bildirilir.
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...