Nazirlik Balakəndəki hadisə ilə bağlı məlumat yaydı

img

19-12-2019 [12:22]



 

Səhiyyə Nazirliyi Balakən rayonunda kişinin ailə üzvlərinə qarşı silahla atəş açması nəticəsində yaralananların səhhəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən Mia.az-a bildirilib ki, Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib: 

"Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA