Saatlıda çoban intihar edib - Prokurorluq açıqlama yaydı

img

19-12-2019 [11:34]


Saatlı sakininin özünü güllələməsi hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, hadisə dekabrın 18-də saat 12 radələrində rayonun Dədə Qorqud kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini Əliyev Sakit Əjdər oğlunun kənddə yerləşən fermada ov tüfəngindən bir dəfə atəş açmaqla özünü öldürməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının, məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə məhkəmə tibbi ekspertizası təyin olunub, habelə aşkar edilmiş maddi sübutlar qablaşdırılaraq götürülüb və digər təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılıb.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA