Abşeron İH-nin rəsmisi köçkün qadını döyüb? - Şikayət + Rəsmi açıqlama

img

19-12-2019 [11:20]


Abşeron rayonu, H.Z.Tağıyev küçəsi, döngə 3, dalan 2, ev 3 yaşayan, Zəngilan məcburi köçkünü, 2-ci qrup Qarabağ əlilinin qızı Abbasova Xanım Oqtay qızı Mia.az-a şikayət məktubu ünvanlayıb.

O, Mia.az-a bildirb ki, qonşumun evinin pəncərəsi həyətinə sarı olduğu üçün araya hasar çəkmək istəyib: "Bu zaman özünü Abşeron İcra Hakimiyyətinin "Memarlıq" şöbəsinin işçisi kimi təqdim edən Tural adlı şəxs həyətimə girib, qanunsuz olaraq işlərimi dayandırdı.

Bu qanunsuz hərəkətə görə,mən Zəngilan məcburi köçkünü H.Z.Tağıyev küçəsi, döngə 3, dalan 2, ev 3 yaşayan Abbasova Xanım Oqtay qızı 02.12.2019 tarixində Abşeron rayon icra başçısının qəbulunda oldum. İradə Gülməmmədovaya bildirdim ki, evimin bütün sənədləri var. Öz həyətimdə tikinti apara bilmirəm. İradə Gülməmmədova da baş memara niyə mane olursunuz deyə hiddətlə bildirdi. Memar Akif Əliyev ayağa qalxaraq başçıya bildirdi ki, onun sənədi varsa, heç kim ona bir söz deyə bilməz. Qəbuldan evə qayıdan kimi, tikintini davam elətdirməyə başladım.

Abşeron rayon Memarlıq və tikinti şöbəsınin Tural adlı (və digər bir nəfərlə) işçisi yenidən həyətimə soxularaq mənə külli miqdarda maddi ziyan vurmaqla yanaşı, həmçinin döyərək ağır bədən xəsarəti yetiriblər. İşlətdiyim usta Orxan , fəhlə Ramin və rəfiqəm Gülnar Müzəffərlinin gözləri önündə mənə xəsarət yetirilib. Əmlakıma külli miqdarda ziyan vurulub.

Xatırladım ki, evə aid bütün sənədlər almışam. Ev özəlləşdirilmiş evdir. Deyərdim ki, bu ərazidə az adamlar tapılar ki, evlərinin sənədləri olsun. Öz evimdə, həyətimdə iş görə bilmirəm. Qonşum Memarlıq və Tikinti şöbəsinin işçiləri ilə birləşib mənim əmlakımı dağıtdılar və mənə də ağır bədən xəsarəti yetiriblər. Mən dərhal 102 xidmətini yəğaraq polisə şikayət etdim. Tibbi ekspertizadan keçmişəm. Yeni əməliyyat olunduğum üçün bədənimdəki əməliyyat tikişləri çökülmüş və yarada qanaxma baş vermişdir. Həkimlərin operativ müdaxiləsi məni ölümdən döndərdi. 

İradə Gülməmmədova baş memara tapşırıq versə də, Akif Əliyev öz maraqlarını güdərək işçisinin bu əməllərinə haqq qazandırır.

Bildirim ki, atam Abbasov Oqtay II qrup Qarabağ əlilidir. Allah rəhmətinə gedib. Özüm anamla birlikdə bu evdə yaşayırıq. Çarə tapmadığım üçün cənab Prezidentə və birinci Xanıma müraciət edirəm. Xahiş edirəmbiz ailəmizə köməklik göstərəsiniz".

Məsələ ilə bağlı Mia.az-a Abşeron İH-dən bildirilib ki, vətəndaş qanunsuz tikinti aparıb. O ki qaldı döyülməyə, maraqlıdır ki, İH-i "Bizim Tural adlı işçimiz yoxdur" deyir:

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA