Hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? - Hökumət siyahını elan etdi
19-12-2019 [11:16]
Nazirlər Kabineti (NK) “Aqrar sığorta predmetinin Tərkibi”ni təsdiq edib.
Baş Nazir Əli Əsədov Aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı qərar imzalayıb.
Belə ki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.
Beynəlxalq təcrübə də nəzərə alınaraq ölkəmizdə əvvəllər olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Başqa tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.
Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq?
NK-nın qərarı bu suala cavab verir.
Bitkiçilik sahəsində:
ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədilə
- buğda;
- arpa;
- qarğıdalı;
- kartof;
- şəkər çuğunduru.
İdxalın əvəzedilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə
- portağal;
- limon;
- naringi;
- çay;
- tütün;
- çəltik;
- üzüm;
- fındıq;
- pambıq.
Heyvandarlıq sahəsində
Məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə -
- 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar
Suda yetişdirilən məhsullar üzrə
Akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə
-Balıqların sığortası təmin ediləcək.
Bu məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və risqin 50%-ni öz üzərinə götürəcək. Yuxarıda sadalanan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması
-İnvestisiya risqlərini azaldacaq;
-Fermerlərin himayəsini gücləndirəcək;
-İstehsalı genişləndirmək üçün şəraiti təmin edəcək;
-Məşğulluğa müsbət təsir edəcək;
-Sadalanan məhsulların istehsalında artıma səbəb olacaq;
-Bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək;
-Ərzaq təhlükəsizliyinə töhfə verəcək
-Sığorta bazarını gücləndirəcək
Report
CHP-nin İstanbul Təşkilatına seçki ləğv edildi - Sədr və komandası vəzifədən uzaqlaşdırıldı
"Femida Könüllüləri" Təşkilatının yaranmasından iki il ötür
Fransanın kavalyeri olan Unibank... - Aqil Ələsgər yazır
Qəzzada daha 13 nəfər aclıqdan ölüb
Gədəbəydə dağlıq ərazidə yanğın olub
Jurnalist mətbuat katibi təyin olunub
Manuel Akanji "İnter" klubuna keçib
Canluici Donnaruma "Mançester Siti" ilə rəsmi müqavilə imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Avropa İttifaqının yeni səfiri Bakıya gəlib
Müğənni Ayan Babakişiyeva dinini dəyişib: "Bu qədər yaxşılıq etdim, niyə şər, böhtan oldu?"
"İcbari Sığorta Bürosu" Himayəçilər Şurasının yeni üzvləri seçilib
"Azərkosmos" zərərlə işləyir
"Beşiktaş" Kenni Arroyo ilə bağlı məlumat yaydı
Sabah Sumqayıtda bəzi ərazilərində qaz olmayacaq
Abşeronda bir nəfər boğulub
Xəstələr üçün toplanan pulları ələ keçirən Aslan Qurbanov saxlanılıb
Naxçıvanda kişi keçmiş arvadının qollarını doğrayıb
15 saylı həbsxanaya rəis təyinatı olub
Bakıda çoxmərtəbəli binada yanğın: 12 nəfər təxliyə olunub
Milli Məclis bəyanat yayıb - MƏTN
İKTA susur: "Naxtel"ə niyə yiyə duran olmadı? - Naxçıvanda "İrana xoş gəlmisiniz" təhlükəsi
İntim görüntülərlə şantaj... - "Fake" qadın profilləri ilə "tələ quran" şəxs saxlanılıb
Uğurcan Çakır "Qalatasaray"a keçdi - 36 milyon avro...
"Fənərbağça" Livakoviçlə bağlı məlumat yayıb
Prezident və xanımı qatarla Pekinə gəldi - VİDEO (YENİLƏNİB)
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1400-ü ötüb
Sabah hava necə olacaq? - Proqnoz
İstanbulda 417,5 kq narkotik müsadirə edilib - Həbslər var
Özünü vəzifəli şəxs kimi təqdim edən şəxs tutulub
İlham Əliyev Tiencində vitse-prezidentlə görüşüb - FOTOLAR
Elm və Təhsil Nazirliyində iki sektor yaradıldı - Təyinatlar
Səbuhi Rəhimli: "Tez-tez “3 bürc milyonçu olacaq” kimi xəbərərə inanmayıb, yalan proqnozlar yazırlar"
Müğənni: "Heç kim zorla başqasını yatağına salmır" - "Xəyanət mənim üçün yalnız yataqda baş verən deyil..."
Muxtar Babayev: "Su problemi çox təhlükəli hal ala bilər"
3 milyon uyğur türkü Türkiyəyə köçürüləcək? - Rəsmi Ankaradan yayılan xəbərə reaksiya
Efe Akman "Andorra"ya keçib
Məktəbli formaları bu ünvanlarda satılır - SİYAHI
"Mançester Yunayted" Rasmus Hoylundu icarəyə verib
Şəkidə evə gecə basqın olub, ev sahibinin əl-qolu bağlanıb və...
Azərbaycan nefti bahalaşdı