Gədəbəydə dağlıq ərazidə yanğın olub

img

02-09-2025 [17:27]


Gədəbəy rayonunun Qarıkənd kəndində dağlıq ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon yanğından mühafizə hissəsinin qüvvələri əraziyə cəlb olunub. Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1.5 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA