"Beşiktaş" Kenni Arroyo ilə bağlı məlumat yaydı

img

02-09-2025 [15:49]


"Beşiktaş" klubu Kenni Arroyonu Braziliyanın "Cruzeiro" komandasına satıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" klubu bu haqda məlumat yayıb.

Məlumatda deyilir:

"Peşəkar futbolçumuz Keni Arroyonun son transferi ilə bağlı "Cruzeiro EC" ilə razılıq əldə olunub. Bunu hörmətlə ictimaiyyətə təqdim edirik."

"Cruzeiro" klubunun açıqlamasında da bildirilib ki, gənc cinah oyunçusu ilə 4 illik müqavilə imzalanıb.

İddia edilir ki, "Beşiktaş" Arroyonu 9.5 milyon avroya satıb.

Fərid Əhmədov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR