Bakıda “Qeyri-kommersiya sektoru üçün FATF standartlarının tətbiqi” üzrə beynəlxalq seminar keçirilib
18-12-2019 [19:04]
Bu gün Bakıda Maliyyə Monitorinqi Xidməti və Azərbaycan Açıq Hökumət Platformasının təşkilatçılığı, Qeyri-kommersiya hüququ üzrə Beynəlxalq Mərkəz və ABŞ İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti layihəsinin dəstəyi ilə “Qeyri-kommersiya sektoru üçün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) standartlarının tətbiqi” mövzusunda beynəlxalq seminar keçirilib.
Mia.az-a daxil olan məlumata görə, tədbirdə Prezident Administrasiyası, Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və bir sıra qeyri-hökumət təşkilatlarının 40-dan çox nümayəndəsi, beynəlxalq və yerli ekspertlər iştirak ediblər.
Açıq Hökumət Platformasının rəhbəri Əliməmməd Nuriyev tədbiri giriş sözü ilə açaraq seminarın məqsədinin QHT-lərin FATF standartları barədə məlumatlılığını artırmaq olduğunu bildirib. Qeyd olunub ki, beynəlxalq seminar FATF-ın tövsiyələrində nəzərdə tutulan tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün bilik və bacarıqların artırılmasında əhəmiyyətli rol oynayacaq.
Tədbirdə çıxış edən Maliyyə Monitorinqi Xidməti İdarə Heyətinin sədri Rövşən Nəcəf QHT-lərin terrorçuluğun maliyyələşdirilməsi sahəsində cinayətkarlar tərəfindən istifadə edilmə riski və QHT-lərin bu istiqamətdə həyata keçirəcəyi tədbirlər barədə məlumat verib. Dayanıqlı inkişafın təmin olunması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətinin rolunu vurğulayan R.Nəcəf ölkəmizin FATF standartlarına uyğunlaşması məqsədilə hökumət tərəfindən sistemli tədbirlərin görüldüyünü, qanunvericilik aktlarının qəbul edildiyini və nəzarət orqanlarının səlahiyyətləri çərçivəsində monitorinq tədbirlərini gücləndirdiyini qeyd edib.
ABŞ İnkişaf Agentliyinin Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx çıxışında vətəndaş cəmiyyətinin təşkilatlarının iqtisadi inkişafda və lazımi sosial xidmətlərin təmin edilməsində əhəmiyyətli rolundan danışıb.
Qeyri-kommersiya hüququ üzrə Beynəlxalq Mərkəzin vitse-prezidenti Natalia Bourjaily öz təqdimatında Azərbaycanda fəaliyyət göstərən QHT-lərin Aİ, BMT və USAİD kimi terrorçuluğun maliyyələşdirilməsi və ya çirkli pulların yuyulması ilə mübarizə sahəsində mühüm tənzimləyici təşkilatlardan qrantlar aldığını və dövlətin mövcud risk qrupuna aid QHT-ləri daha çox diqqət mərkəzində saxlamalı olduğunu bildirib.
Tədbirdə həmçinin Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Səbinə Salmanova çirkli pulların yuyulması sahəsində QHT-lərin öhdəlikləri, Maliyyə Monitorinqi Xidmətinin Hüquq departamentinin direktoru Azər Abbasov isə terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində Vətəndaş Cəmiyyəti Təşkilatlarının öhdəlikləri ilə bağlı çıxış ediblər.
Seminarın FATF standartları və prosedurları ilə tanışlıq adlı I və II hissələrində beynəlxalq ekspertlər - Vanja Skoric və Ben Evans tərəfindən qeyri-kommersiya sektoruna aid FATF standartları və prosedurlarının əhəmiyyəti qeyd edilib, FATF və MONEYVAL qurumları haqqında məlumat verilib. Sonra tədbir iştirakçıları V raund MONEYVAL qiymətləndirməsinə hazırlıq və maraqlı tərəflərin cəlb edilməsi üçün əsas addımlar və imkanlar barədə müzakirələr aparıblar.
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...