"Peşəkar kadr çatışmazlığı var" - DİM sədri

img

18-12-2019 [14:00]


"Humanitar istiqamətli ixtisas qruplarında abituriyentlər, adətən, mətn tipli tapşırıqları cavablamaqdan imtina edirlər"

Mia.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər" mövzulu hesabat tədbirində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib:

"Misal üçün, III ixtisas qrupunda ədəbiyyat, Azərbaycan dili kimi fənlərdə müxtəlif mətn tipli tapşırıqlar təqdim edirik. Müşahidələr göstərir ki, çox zaman imtahan iştirakçıları belə sualları cavablamır, imtina edirler. Lakin bu problemin həlli üçün hər il imtahanlardan sonra araşdırma aparır və nəticələrlə bağlı tövsiyyələri çap edib müəllimlər, abituriyentlər və valideynlərini tanış edirik.

Əlavə olaraq, imtahanlarda abituriyentlərə təqdim edilən yazı işlərinin yoxlanılmasını ele təşkil edirik ki, insan faktoru nəticələrə təsir göstərməsin. Amma sual yaranır: "yazı işlərini yoxlaya bilən kadrlar varmı?" Ötən tədris ilində (2018-2019) hər imtahandan sonra 100 minlerle yazı işi, 5 minə yaxın şəxs tərəfindən yoxlanılıb ki, bu, kifayət deyil. Dövlət İmtahan Mərkəzi olaraq biz bu işə təkçə müəllimləri deyil, eyni zamanda aspirantları da cəlb edirik. Ümumiyyətlə, müşahidələr göstərir ki, situasiya tipli tapşırıqların yoxlanılması üçün peşəkar kadr çatışmazlığı var".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA