ƏƏSMN: “Əlillərin təkrar müayinəyə cəlb olunması ilə bağlı məlumatlar tamamilə yanlışdır"

img

18-12-2019 [12:23]


“Əlillərin təkrar müayinəyə cəlb olunması ilə bağlı məlumatlar tamamilə yanlışdır".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  (ƏƏSMN) Sosial təminat şöbəsinin müdiri Babək Hüseynov deyib. 

O bildirib ki, yeni qəbul olunmuş qaydalara əsasən, əlillər 5 ildən bir müayinə cəlb edilirlər: “Əgər iki müayinədən sonra xəstəliyində irəliləyiş yoxdursa, artıq müddətsiz olaraq əlillik statusu alır. Əlil o zaman müayinə çağırış alır ki, vəziyyətində ağırlaşma olsun. Bu da ona görədir ki, əlillik dərəcəsi dəyişsin". 

Qeyd edək ki, DOST Agentliyində baş tutan mətbuat konfransında nazirlik tərəfindən daha 4 sosial təminat növü üzrə elektron təyinat sisteminin və 4 e-arayış növünün təqdimatı olub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA