Mikayıl Cabbarov: "Azərbaycan investisiyalar üçün açıq ölkədir"
17-12-2019 [19:39]
Dekabrın 17-də Bakıda Azərbaycan-Ukrayna iqtisadi-ticarət əməkdaşlığına dair müzakirələr aparılıb.
Mia.az xəbər verir ki, tədbirdə hər iki tərəfdən sənaye, maşınqayırma, kənd təsərrüfatı, tikinti, energetika, nəqliyyat-logistika, bankçılıq, tibb və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbirdə Azərbaycan-Ukrayna iqtisadi-ticarət əməkdaşlığı barədə məlumat verən İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçılarının bu gün keçirilən Azərbaycan-Ukrayna biznes forumda iştirakının əlaqələrin inkişafına ən yüksək səviyyədə verilən dəstəyin və önəmin göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan və Ukrayna arasındakı mövcud strateji tərəfdaşlıq əlaqələri iqtisadi münasibətlərin məzmununu və inkişaf perspektivlərini şərtləndirir.
Nazir diqqətə çatdırıb ki, ticarət əlaqələri əməkdaşlığımızın əsas istiqamətlərindəndir. Bu sahədə müsbət dinamika müşahidə olunur. Bu ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 15,5 faiz artaraq 712 milyon ABŞ dollarından çox olub. İkitərəfli ticarət əlaqələrinin genişləndirilməsi və strukturunun şaxələndirilməsi üçün tədbirlər həyata keçirilir.
M.Cabbarov qeyd edib ki, iqtisadi-ticarət əlaqələrinin inkişafı məqsədilə 2018-ci ildə Kiyevdə Azərbaycan Ticarət Evi, bu gün isə Bakıda Ukrayna Ticarət Evi açılıb. Bu səmərəli mexanizm biznes dairələri arasında əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
İki ölkə arasında investisiya əməkdaşlığından danışan nazir Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət və digər sahələrdə Ukrayna kapitallı şirkətlərin uğurla fəaliyyət göstərdiyini bildirib. O, Azərbaycan şirkətlərinin Ukraynada fəaliyyətinin məmnunluq doğurduğunu, şirkətlərimizin iqtisadi fəallığına bundan sonra da hərtərəfli dəstək veriləcəyini bildirib. Qeyd edib ki, hər iki ölkənin iş adamlarının iştirakı ilə təşkil edilən biznes forumlar və işgüzar görüşlər yeni əməkdaşlıq imkanlarının və iş adamları arasında qarşılıqlı etimadın yaranmasına, ticarət dövriyyəsinin artmasına töhfə verir.
İqtisadiyyat naziri Azərbaycanın investisiyalar üçün açıq olduğunu vurğulayaraq aparılan islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.
Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli isə çıxışında Ukrayna-Azərbaycan iqtisadi əlaqələri, əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıb, bu sahədə həyata keçirilən tədbirlərin, həmçinin Azərbaycanda Ukrayna Ticarət Evinin açılmasının iqtisadi-ticarət əlaqələrinin inkişafında yeni imkanlar yaratdığını qeyd edib. Ukrayna iş adamlarının azərbaycanlı tərəfdaşları ilə birgə layihələrin icrasında maraqlı olduğunu vurğulayan nazir iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, İKT, turizm və sair sahələrdə potensialı diqqətə çatdırıb.
Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Ukrayna Ticarət və Sənaye Palatasının rəhbəri Gennadi Çijikov müvafiq olaraq Azərbaycanın və Ukraynanın biznes və investisiya mühiti barədə məlumat veriblər.
Tədbir çərçivəsində Ukraynanın Xerson vilayəti Dövlət Administrasiyası və “SOCAR Energy Ukraine” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sonra tədbir işini sahibkarlar arasında ikitərəfli görüşlərlə davam etdirib.
"Femida Könüllüləri" Təşkilatının yaranmasından iki il ötür
Fransanın kavalyeri olan Unibank... - Aqil Ələsgər yazır
Qəzzada daha 13 nəfər aclıqdan ölüb
Gədəbəydə dağlıq ərazidə yanğın olub
Jurnalist mətbuat katibi təyin olunub
Manuel Akanji "İnter" klubuna keçib
Canluici Donnaruma "Mançester Siti" ilə rəsmi müqavilə imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Avropa İttifaqının yeni səfiri Bakıya gəlib
Müğənni Ayan Babakişiyeva dinini dəyişib: "Bu qədər yaxşılıq etdim, niyə şər, böhtan oldu?"
"İcbari Sığorta Bürosu" Himayəçilər Şurasının yeni üzvləri seçilib
"Azərkosmos" zərərlə işləyir
"Beşiktaş" Kenni Arroyo ilə bağlı məlumat yaydı
Sabah Sumqayıtda bəzi ərazilərində qaz olmayacaq
Abşeronda bir nəfər boğulub
Xəstələr üçün toplanan pulları ələ keçirən Aslan Qurbanov saxlanılıb
Naxçıvanda kişi keçmiş arvadının qollarını doğrayıb
15 saylı həbsxanaya rəis təyinatı olub
Bakıda çoxmərtəbəli binada yanğın: 12 nəfər təxliyə olunub
Milli Məclis bəyanat yayıb - MƏTN
İKTA susur: "Naxtel"ə niyə yiyə duran olmadı? - Naxçıvanda "İrana xoş gəlmisiniz" təhlükəsi
İntim görüntülərlə şantaj... - "Fake" qadın profilləri ilə "tələ quran" şəxs saxlanılıb
Uğurcan Çakır "Qalatasaray"a keçdi - 36 milyon avro...
"Fənərbağça" Livakoviçlə bağlı məlumat yayıb
Prezident və xanımı qatarla Pekinə gəldi - VİDEO (YENİLƏNİB)
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1400-ü ötüb
Sabah hava necə olacaq? - Proqnoz
İstanbulda 417,5 kq narkotik müsadirə edilib - Həbslər var
Özünü vəzifəli şəxs kimi təqdim edən şəxs tutulub
İlham Əliyev Tiencində vitse-prezidentlə görüşüb - FOTOLAR
Elm və Təhsil Nazirliyində iki sektor yaradıldı - Təyinatlar
Səbuhi Rəhimli: "Tez-tez “3 bürc milyonçu olacaq” kimi xəbərərə inanmayıb, yalan proqnozlar yazırlar"
Müğənni: "Heç kim zorla başqasını yatağına salmır" - "Xəyanət mənim üçün yalnız yataqda baş verən deyil..."
Muxtar Babayev: "Su problemi çox təhlükəli hal ala bilər"
3 milyon uyğur türkü Türkiyəyə köçürüləcək? - Rəsmi Ankaradan yayılan xəbərə reaksiya
Efe Akman "Andorra"ya keçib
Məktəbli formaları bu ünvanlarda satılır - SİYAHI
"Mançester Yunayted" Rasmus Hoylundu icarəyə verib
Şəkidə evə gecə basqın olub, ev sahibinin əl-qolu bağlanıb və...
Azərbaycan nefti bahalaşdı