Baş Gömrük İdarəsində ölüm hadisəsi baş verib

img

17-12-2019 [17:44]


Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Baş Gömrük İdarəsində ölüm hadisəsi baş verib.

Mia.az bildirir ki, hadisə şahidlərinin Baku.ws-ə verdiyi məlumata görə, növbədə gözləyən 57 yaşlı Elşən Sadıqovun qəflətən halı pisləşib. Onun üçün həkim çağırıblar. Lakin həkimlər gələnə qədər həmin şəxs dünyasını dəyişib.

Qurumun mətbuat xidmətindən faktı təsdiqlədilər.

Bildirildi ki, hadisə laboratoriyanın qarşısında baş verib.

Növbə gözləyərkən maşının içindəcə Elşən Sadıqovun halı pisləşib. O, avtomobili gömrük rəsmiləşdirilməsindən keçirirmiş.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA