ƏƏSMN-də kollegiya iclası: nazir pensiya və müavinətlərdən danışıb
17-12-2019 [10:14]
"Bu ay daha bir DOST Mərkəzinin, eyni zamanda yeni sosial xidmət və reabilitasiya müəssisələrinin istifadəyə verilməsi təmin olunacaq".
Mia.az ƏƏSMN-ə istinadla bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiyasının növbəti iclasında bildirib.
O vurğulayıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğunun təminatına imkan verib. DOST Mərkəzinin xidmətlərinin sayı artıq 132-ə çatıb və həmin xidmətlərdən artıq 115-nin pasportları da hazırlanıb.
Nazir bildirib ki, 2019-cu ildə nazirlik üçün prioritet istiqamətlərdən biri də sosial təminat sahəsi üzrə xidmətlərin elektronlaşdırılması olub. Bu ilin ötən dövründə artıq 10 sosial təminat növü, o cümlədən 2 pensiya, 8 müavinət və təqaüd növünün təyinatının elektronlaşması təmin edilib. Ümumilikdə bu ayın sonuna qədər digər bir çox müavinət və təqaüdlərin də avtomatlaşdırılması başa çatdırılacaq. Nəticədə il ərzində 180 min təyinatın e-qaydada, proaktiv şəkldə həyata keçirilməsi təmin olunacaq.
S.Babayev şəhid ailələri və müharibə əlillərinin mənzillə, müvafiq kateqoriyalara aid əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirlərinin də davam edəcəyini, bu ay da yeni mənzillərin, avtomobillərin təqdim ediləcəyini deyib. O, 2019-cu ilin ötən dövründə özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 10,6 minə çatdığını, onlardan böyük əksəriyyətinin artıq aktivlə təmin olunduğunu qeyd edib.
Nazir ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi işlərindən bəhs edib. Bildirib ki, sosial yardımın alınması üçün müraciət etmiş ailələrin DOST mərkəzlərinin əməkdaşları tərəfindən maddi-məişət şəraitinin müayinəsi zamanı xidməti davranış normaları da müəyyən edilib. Bu normalar və onlara əməl edilməsi ilə bağlı münasibətləri əhatə edən Yaddaş Kitabçası hazırlanıb. Maddi-məişət şəraitinin müayinəsi məhz həmin normalara riayət prinsipi əsasında həyata keçiriləcək.
İclasda DOST mərkəzlərində göstərilən xidmətlər üzrə pasportların təsdiq edilməsi barədə, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin DOST mərkəzlərinin əməkdaşları tərəfindən maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi ilə bağlı Yaddaş Kitabçasının layihəsi barədə çıxışlar olub. 2020-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin layihəsi, “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları” layihələri barədə məlumat verilib.
İclasda qeyd edilən layihələr, habelə bir sıra cari məsələlər müzakirə edilib, qərarlar qəbul olunub.
"Femida Könüllüləri" Təşkilatının yaranmasından iki il ötür
Fransanın kavalyeri olan Unibank... - Aqil Ələsgər yazır
Qəzzada daha 13 nəfər aclıqdan ölüb
Gədəbəydə dağlıq ərazidə yanğın olub
Jurnalist mətbuat katibi təyin olunub
Manuel Akanji "İnter" klubuna keçib
Canluici Donnaruma "Mançester Siti" ilə rəsmi müqavilə imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Avropa İttifaqının yeni səfiri Bakıya gəlib
Müğənni Ayan Babakişiyeva dinini dəyişib: "Bu qədər yaxşılıq etdim, niyə şər, böhtan oldu?"
"İcbari Sığorta Bürosu" Himayəçilər Şurasının yeni üzvləri seçilib
"Azərkosmos" zərərlə işləyir
"Beşiktaş" Kenni Arroyo ilə bağlı məlumat yaydı
Sabah Sumqayıtda bəzi ərazilərində qaz olmayacaq
Abşeronda bir nəfər boğulub
Xəstələr üçün toplanan pulları ələ keçirən Aslan Qurbanov saxlanılıb
Naxçıvanda kişi keçmiş arvadının qollarını doğrayıb
15 saylı həbsxanaya rəis təyinatı olub
Bakıda çoxmərtəbəli binada yanğın: 12 nəfər təxliyə olunub
Milli Məclis bəyanat yayıb - MƏTN
İKTA susur: "Naxtel"ə niyə yiyə duran olmadı? - Naxçıvanda "İrana xoş gəlmisiniz" təhlükəsi
İntim görüntülərlə şantaj... - "Fake" qadın profilləri ilə "tələ quran" şəxs saxlanılıb
Uğurcan Çakır "Qalatasaray"a keçdi - 36 milyon avro...
"Fənərbağça" Livakoviçlə bağlı məlumat yayıb
Prezident və xanımı qatarla Pekinə gəldi - VİDEO (YENİLƏNİB)
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1400-ü ötüb
Sabah hava necə olacaq? - Proqnoz
İstanbulda 417,5 kq narkotik müsadirə edilib - Həbslər var
Özünü vəzifəli şəxs kimi təqdim edən şəxs tutulub
İlham Əliyev Tiencində vitse-prezidentlə görüşüb - FOTOLAR
Elm və Təhsil Nazirliyində iki sektor yaradıldı - Təyinatlar
Səbuhi Rəhimli: "Tez-tez “3 bürc milyonçu olacaq” kimi xəbərərə inanmayıb, yalan proqnozlar yazırlar"
Müğənni: "Heç kim zorla başqasını yatağına salmır" - "Xəyanət mənim üçün yalnız yataqda baş verən deyil..."
Muxtar Babayev: "Su problemi çox təhlükəli hal ala bilər"
3 milyon uyğur türkü Türkiyəyə köçürüləcək? - Rəsmi Ankaradan yayılan xəbərə reaksiya
Efe Akman "Andorra"ya keçib
Məktəbli formaları bu ünvanlarda satılır - SİYAHI
"Mançester Yunayted" Rasmus Hoylundu icarəyə verib
Şəkidə evə gecə basqın olub, ev sahibinin əl-qolu bağlanıb və...
Azərbaycan nefti bahalaşdı