Lökbatan bələdiyyəsinin sədri "ailə bələdiyyəsi" formalaşdırır? - Araşdırma

img

16-12-2019 [21:52]


Hər kəsə bəllidir ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 

Artıq seçkilərdə iştirak edəcək namizədlərin adları da açıqlanıb.

Mia.az xəbər verir ki, jurnalist Zaura Əmirovanın aparmasına görə, bir çox qəsəbələrdə olduğu kimi, Lökbatan bələdiyyəsinin sədri 57 yaşlı Namizəd İsmayılov bələdiyyədəki əksər işçilərlə yanaşı, öz gəlini Firuzə İsgəndərovanın da adını namizəd kimi qeydə aldırıb: "Deyəsən, N.İsmayılov Lökbatan bələdiyyəsində qayınata-gəlin koalisiyası qurmaq istəyir.

Unutmayaq ki, bələdiyyə onlara nəsildən nəsilə ötrülən miras, ailə və ya dost-tanış şirkəti deyil. Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır".

Jurnalist Lökbatanın bələdiyyə üzvlərinin siyahısını da elan edib: 

İsmayılov Namizəd İsmayıl oğlu - Lökbatan Bələdiyyəsi sədri (57 yaş)
İsgəndərova Firuzə Rövşən qızı – Lökbatan Bələdiyyəsi Mütəxəssis (27 yaş)
Əkbərov Mətləb Əbdül oğlu- Lökbatan Bələdiyyəsi -Veri Müfəttişi (68 yaş)
Hüseynli Elmar Hüseyn oğlu - Lökbatan Bələdiyyəsi – Mütəxəssis (25 yaş)
Quliyev Yasin Bəlul oğlu - Lökbatan Bələdiyyəsi – Baş Mühasib (58 yaş)
Məmmədov Nofəl Oruc - Lökbatan Bələdiyyəsi Uçot üzrəvergi Müfəttişi (25 yaş)
Paşayev Bayram Rüstəm oğlu - Lökbatan Bələdiyyəsi – Sahə Müfəttişi (68 yaş)
Rahidə Kəmalə Hidayət – Lökbatan Bələdiyyəsi, Vergi Uçot Müfəttəsi (51 yaş)
Şıxəmətova Gülmeyrəm Abasağayeva - Lökbatan Bələdiyyəsi, Uçot Üzrə Müfəttiş (44 yaş)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA