"...günahsız yerə insanlar ölməsin" - General Ramiz Zeynalov

img

16-12-2019 [18:30]


"Gözümüzün qarşısında günahsız insanlar ölür”.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Azərbaycan Radiosunun "Təhlükəsiz yol" proqramında deyib. 

O bildirib ki, Yol hərəkəti təhlükəsizliyi dövlət rəhbərliyinin, nazirlik rəhbərliyinin daimi diqqətindədir və narahat edir: "Bu qəzalarda insan ölümləri bizi təəssüfləndirir. Bu gün həyatı avtomobilsiz təsəvvür etmək mümkün deyil. Bir insan həyatını avtomobil yolunda itirir. 

Hadisələrin təhlili onu göstərir ki, qəzalar bir çox insanların diqqətsizliyi və səhlənkarlığı ucbatından baş verir. Maarifləndirmə işləri aparmalıyıq ki, günahsız yerə insanlar ölməsin. Amma tək pis hadisələrə köklənməməli, bu sahədəki müsbət işləri də görmək lazımdır”. /qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA