Bu dövlət qurumunda yeni şöbə yaradılıb

img

16-12-2019 [16:18]


Dövlət Turizm Agentliyində Mədəni irs və regional turizm şöbəsi yaradılıb.

Bu barədə "Report”a Agentliyin mətbuat katibi Kənan Quluzadə məlumat verib. 

Onun sözlərinə görə, yeni şöbənin tərkibində Regional turizmin inkişafı və Mədəni irsin idarə edilməsi sektorları fəaliyyət göstərəcək. 

Əvəzində indiyə qədər Agentliyin Turizm siyasəti və strategiyası şöbəsinin tərkibində fəaliyyət göstərən Regional turizm və qoruqların inkişafı sektoru ləğv olunub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA