"Hamımız şokdayıq” - İcra başçısının müavini özünü öldürən şöbə müdiri haqda danışdı

img

16-12-2019 [11:51]


"Nərimanov Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elmar Əlizadənin intiharı peşə fəaliyyətilə bağlı deyil". 

Mia.az xəbər verir ki, bu barədə Yenisabah.az-a Nərimanov rayonunun icra başçısının müavini Şahmar İbadov bildirib. Onun sözlərinə görə, Elmar Əlizadə kifayət qədər peşəkar kadr olub. 

"4 dil bilirdi. Çox peşəkar kadr idi. Hamımız şokdayıq”, - deyə Şahmar İbadov bildirib.

İntiharın səbəblərinə gəlincə, o, deyib: "Deyirlər ki, hadisə ailə münaqişəsi zəmnində baş verib. Lakin təfərrüatları bilmirik. Açığı əvvəl eşidəndə inana bilmədik və hələ də bu hadisənin şokunu yaşayırıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA