Axtarışda olan 21 nəfər tutuldu - DİN açıqlama yaydı

img

09-12-2019 [13:18]


Şənbə günü daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, dekabrın 7-də törədilən 14 cinayətin üstü "isti izlər”lə açılıb. 
 
Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub. 
 
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
 
Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.
Digər xəbərlər
SON XƏBƏRLƏR