Qayalıqda tikilmiş ev görənləri heyrətə gətirir - 96 pillə ilə qalxmaq olar (FOTO)

img

03-07-2025 [21:27]


Türkiyənin mənzərəli bölgələrindən sayılan Ərzincanın Kemaliye mahalında sıldırım qayalıqda ev tikilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ev ərzincanlı müəllim Bekir Taştana məxsusdur.

O, təqaüdə çıxdıqdan sonra həyat yoldaşı Nermin Taştana illərlə işlədikləri İstanbulun səs-küyündən uzaq, sakit həyat sürmələri üçün Kemaliye rayonunda qayalıqlarda ev tikmək qərarı veriblər.

Məlumata görə, iki il tikintisi çəkən evə qalxmaq üçün 96 basamaqlıq pilləkən var.

Görənllri heyrətləndirən evə tamaşa etmək üçün turistlər gəlməyə başlayıb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR