Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb

img

03-07-2025 [14:05]


Moskva və Rusiyanın digər şəhərlərində Azərbaycanın xəbər agentliklərinin saytlarına giriş ilə bağlı problemlər yaranıb.

Mia.az Report-a istinadla xəbər verir ki, belə problemlər Moskva, Həştərxan, Volqoqrad, Sankt-Peterburq, Voloqda, Çelyabinsk və digər regionlarda mövcuddur.

Xüsusilə, WiFi və mobil internet vasitəsilə “Global Media Group”un – “Report.az”, “Oxu.az”, “Caliber.az” saytlarına giriş yoxdur. Həmçinin digər xəbər portallarının saytlarına girişlə bağlı problemlər yaşanır.

Qeyd edək ki, Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti ("Roskomnadzor") "Report"a Rusiya ərazisində agentliyin xəbərlərinə girişin məhdudlaşdırılması ilə bağlı heç bir xəbərdarlıq göndərməyib.

Beləliklə, Rusiya tərəfi www.report.az saytına girişi xəbərdarlıq etmədən məhdudlaşdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA