"İctimai Şuranın üzvü nazirin əlinə baxmamalıdır" - Jurnalist

img

06-12-2019 [14:44]


""İctimai iştirakçılıq haqqında” qanun 2014-cü ildə qüvvəyə minib. Məqsəd ölkədə ictimai nəzarət mexanizminin yaradılmasını sürətləndirmək, dövlət qurumları, mərkəzi icra hakimiyyəti orqanları üzərində vətəndaş cəmiyyətinin nəzarətinin artmasını təmin etməkdir”.

Bu sözləri Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. 

Təşkilat rəhbəri bildirib ki, qanundan irəli gələn tələblərə uyğun olaraq, artıq bir sıra yerli icra hakimiyyəti orqanlarının, nazirliklərin, dövlət qurumlarının yanında İctimai Şuralar yaradılıb: "İctimai Şuraların məqsədi dövlət qurumlarının fəaliyyətinə nəzarət etməkdir. Hesab edirəm ki, İctimai Şuralar daha effektiv fəaliyyət göstərməlidir. İctimai Şuraların effektiv fəaliyyət göstərməsi ilk növbədə onların tərkibinin müstəqil şəxslərdən formalaşdırılmasından asılıdır. 

Əgər İctimai Şuralarda müstəqil şəxslər təmsil olunarsa, onlar həmin dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə real nəzarət edə bilərlər. İctimai Şuranın üzvü nazirin əlinə baxmamalıdır. Əgər İctimai Şuralarda hansısa dövlət qurumunun, nazirliyin tabeliyində olan adamlar təmsil olunarsa, bu zaman həmin qurumların işlək mexanizminə çevrilməsi mümkün deyil”.

Azadinforum.az
Digər xəbərlər
SON XƏBƏRLƏR