İranda seçki: 7421 nəfər deputatlığa namizədliyini irəli sürüb

img

05-12-2019 [22:19]


"İranda keçiriləcək 11-ci Parlament seçkilərində 7421 nəfər namizədliyini irəli sürüb”. 

Bunu  İran Seçki Qərargahının sözçüsü Seyid İsmail Musəvi deyib.

Artıq 5 gündür ki, deputatlığa namizədlik üçün qeydiyyata başlanılıb. 

İ.Musəvi deyib ki,  namizədlərin ən çoxu  Fars, Xuzestan, Rəzəvi Xorasan,  İsfahan və Tehran əyalətlərindən qeydiyyata alınb. 

Onun sözlərinə görə, namizədliyini irəli sürən şəxslərdən 821 nəfəri qadın,  6600 nəfəri isə kişidir.

Namizədlərdən 4 faizi bundan öncə də deputat olublar. Digər 4 faizi dini təhsil alanlar,  13 faizi doktorluq dərəcəsi alanlar, 78 faiz maqistratura məzunu, 5 faiz isə şəhadətnamə və daha aşağı təhsil sənədinə sahibdir.

Qeyd edək ki, dekabrın 1-dən İranda 11-ci çağırış deputatlığa namizədlərin qeydiyyata alınmasına başlanıb. Namizədlərin qeydiyyata alınması prosesi 7 gün ərzində həyata keçirilir.

İranda parlament seçkiləri 4 ildən bir keçirilir. 11-ci çağırış parlamentə seçkilər 2020-ci il fevralın 21-də baş tutacaq. Seçkilərdə iştirak etmək hüququna malik 55 milyon nəfər var/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:12 23.01.2020

Putin İsrailə gedib