Deputatın qızı: “Atam hazırda reanimasiyadadır..."

img

04-12-2019 [10:46]


"Atam hazırda reanimasiyadadır. Səhhətində yaxşılığa doğru cüzi irəliləyiş var”.

Bunu səhhətində problemlər yaranan Milli Məclisin deputatı Yevda Abramovun qızı Bəsti Yusifova deyib.

"Həkimlərin sözlərinə görə, ola bilər hər şey yaxşı olsun və yenidən palataya köçürülsün”, - deputatın qızı bildirib. 

Qeyd edək ki, yəhudi əsilli Y.Abramov 1948-ci ildə Qubanın Qırmızı Qəsəbəsində anadan olub. O, Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. Y.Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir. 

Bir neçə ildir səhhətində problemlər olan deputatın müalicəsi hazırda Mərkəzi Klinik Xəstəxanada davam etdirilir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA