Azərbaycan sərhədçiləri İran və Rusiya gəmiçilərini xilas edib - Xəzərdə

img

03-12-2019 [11:00]


Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizinə çıxan üzmə va­si­tələrinə nəzarətin təşkili və xilasetmə təd­­birlərinin həyata keçirilməsi tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Mia.az-a verilən məlumata görə, 1 dekabr 2019-cu il tarixində saat 17:50 radələrində İran İslam Res­­publikasına məxsus Hövsan rey­din­də olan "Paya” quru yük gəmisinin 4 nəfər heyət üzvü – İİR vətəndaşları 1976-cı il təvəllüdlü Ab­ditazehabadi Omid Hossein, 1991-ci il təvəllüdlü Darzırekavandı Reza Soleyman, 1987-ci il təvəllüdlü Mosleh Vahid Ghafar, 1991-ci il təvəl­lüdlü Zarın Abkenar Alinin hərarətlərinin yüksək olması ilə əla­qədar öz­lərini pis hiss etmələri haqqında məlumat daxil olub. 

Dövlət Sər­həd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən limanın rəhbərliyi ilə birgə bununla əlaqədar təxi­rəsalınmaz tədbirlər görülmüş və onların Musa Nağıyev adına təcili tib­bi yardım xəstəxanasına təxliyə edilmələri təşkil olunub: "Həmin gün saat 18:25 radələrində Dövlət Dəniz Agentliyinin Milli Mər­kə­zin­dən Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə Rusiya Federasiyasının bayrağı altında üzən, Türkan rey­din­də hərəkətdə olan "Omskiy-136” quru-yük gəmisinin heyət üzvü 1980-ci il təvəllüdlü matros Zubankov Efim Vladimiroviçin səhhətinin yüksək təzyiqlə bağlı kəskin pisləşməsi ilə əlaqədar köməklik göstəril­məsi barədə məlumat daxil olmuşdur. Xəstənin tibbi təxliyəsi üçün təxirə­salınmaz tədbirlər görülmüş, növbətçi sərhəd gözətçi gəminin qayığı tərəfindən Hövsan limanına çıxarılaraq tibb müəssisəsinə yerləşdirilməsi təşkil olunmuşdur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA