"Twitter" bu hesabları kütləvi siləcək

img

27-11-2019 [14:00]


"Twitter"in rəhbərliyi altı aydan çox sosial şəbəkəyə daxil olmayan istifadəçilərə xəbərdarlıq mesajları göndərməyə başlayıb.

"The Verge" nəşri xəbər verir ki, dekabrın 11-dək istifadəçi adı və şifrədən istifadə edilməyəcəyi təqdirdə həmin şəxslərin profilləri silinəcək.

"Twitter" istifadəçilərinə etibar edəcəkləri daha dəqiq və etibarlı məlumatları təqdim etmək üçün qeyri-aktiv hesabların silinməsi üzərində işləyirik. İnsanları qeydiyyatdan keçdikdən sonra sosial şəbəkədən fəal istifadə etməyə çağırırıq", - şirkətin məlumatında deyilir.

Qeyd olunur ki, profillərin silinməsi prosesi bir neçə ay çəkəcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA