"Əfqan Muxtarlını həbsdən buraxın" - QHT-lər ölkə prezidentinə müraciət etdi

img

16-10-2019 [19:09]


Azərbaycanın bir qrup hüquq müdafiəçisi Prezident İlham Əliyevə müraciət edərək Əfqan Muxtarlının həbsdən buraxılmasını xahiş edib.

Mia.az xəbər verir ki, bu barədə  "Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əlməməd Nuriyev məlumat verib.

O bildirib ki, müraciət Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Milli Platformasının adından edilib.

Müraciətdə jurnalist Ə. Muxtarlının səhhətində ciddi problem olduğu bildirilib, bunun nəzərə alınması, onun müvafiq tibb müəssisələrində müalicəsi üçün ən qısa zamanda azadlığa buraxılması xahiş olunub.

Qeyd edək ki, ötən gün bir qrup jurnalist də Əfqan Muxtarlının azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA