14-10-2019 [20:36]
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin görüşü olub.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin görüşü olub.
Mia.az xəbər verir ki, Özbəkistan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Hörmətli Şavkat Miromonoviç, Sizi Azərbaycanda görməyimə çox şadam. Xoş gəlmisiniz.
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər bizim dostluq, qardaşlıq münasibətlərimizin inkişafına yeni təkan verəcək. Xalqlarımız arasında əlaqələr tarixin sınağından çıxıb. Özbək və Azərbaycan xalqları əsrlərboyu həmrəylik və sülh şəraitində yaşayıb, bir-birinə qardaş münasibəti bəsləyiblər. Bu, möhkəm təməldir. Bu gün müstəqil ölkələr olan Özbəkistan və Azərbaycan öz gələcəyini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurur. Əminəm ki, bizim münasibətlərimizin durmadan inkişafı gələcək zəfərlərin rəhni olacaq. Biz həm qarşılıqlı siyasi əlaqələri, həm də iqtisadi əməkdaşlığı möhkəmləndirəcəyik. Nəqliyyat, energetika, turizm sahələrində çox yaxşı perspektivlər var. Biz bütün istiqamətlərdə fəal əməkdaşlığı, səmərəli nəticələri hədəf seçmişik.
Siz çox müdrik qərar qəbul etmisiniz, Özbəkistan Türk Şurasına qoşulub. Buna görə Sizə təşəkkür etmək və Türk Şurası üzvlərinin ümumi məmnunluğunu bildirmək istərdim. Biz bunu tarixi hadisə hesab edirik, bu, heç şübhəsiz, bizim həmrəyliyimizi, qarşılıqlı əlaqələrimizi, əməkdaşlığımızı möhkəmləndirəcək. Əminəm ki, sabahkı sammit Şura üzvü olan bütün ölkələr arasında münasibətlərin daha da inkişafına və həmrəyliyə xidmət edəcək. Azərbaycana xoş gəlmisiniz.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib:
- Hörmətli İlham Heydər oğlu, Sizə bir daha çox təşəkkür edirəm. Təyyarədən Azərbaycana yenicə düşmüşəm və çox səmimi münasibət hiss edirəm. Bu, həqiqətən tarixi səfərdir. Bizim bu Şuraya daxil olmaq barədə qərar qəbul etməyimizin 3 ili tezliklə tamam olacaq. Keçən il həmkarlarımın çoxu deyirdi: Gəlin, bu sənədi Çolpon-Atada imzalayaq, orada bayraq qaldıraq. Dedim ki, mənim öz fikrim var. Naxçıvan Sazişinin 10 illiyi tamam olacaq. Bu, tarixi hadisədir. Sizə çox təşəkkür edirəm ki, Siz də məni dəstəklədiniz. Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin qədim, möhkəm kökləri var. Bu əlaqələr uzun tarixə malikdir. Zənnimcə, bütün bunları dirçəltməyin vaxtı çatıb. Biz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevlə həmişə fəxr edirik. Özbəkistanda onu xatırlayır və ehtiramla yad edirlər, çünki o, həqiqətən böyük şəxsiyyət olub. Onunla yanaşı işləmiş adamlarla çox söhbət etmişəm. O, özbək xalqına həmişə hörmətlə yanaşıb. Şərəf Rəşidoviç ilə çox görüşüblər, çox çətin məsələləri həll ediblər. Onların bu gün sağ olan məsləkdaşları indiyə qədər fəxrlə deyirlər ki, Heydər Əliyev bütün hallarda Özbəkistan haqqında hörmətlə danışır, hər yerdə onu dəstəkləyirdi. Bizdə "özbək işi” qaldırılan çətin illərdə Heydər Əliyevin özbək xalqı haqqında şəxsi fikri vardı. Bu gün biz fəxr edirik ki, Heydər Əliyevin oğlu bu böyük işi davam etdirir.
Bu gün Azərbaycan firavanlaşır. Bilirsiniz ki, biz yaxın qonşularıq və Sizin uğurlarınıza sevinirik. Həmişə fəxr edirik ki, bizə qardaş olan Azərbaycanın beynəlxalq nüfuzu artır, iqtisadiyyatda uğurlar var. Biz bu uğurları görəndə hesab edirik ki, bu, Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Bu uğurlar Sizin Azərbaycanın sabahını görməyinizin nəticəsidir. Biz buna həmişə sevinirik. Əlbəttə, Siz çox düzgün dediniz ki, biz artıq təzə səhifədən başlamalıyıq. Mən bu səfərə tək gəlməmişəm, çünki biz Azərbaycan üçün darıxmışıq. Bilirsinizmi, hamı səbirsizliklə gözləyir, görək, nə vaxt imzalanma başlanacaq. Yolda gələndə təyyarədə nazir mənə dedi ki, biz dəyəri 390 milyondan çox olan kontraktlar hazırlamışıq.
Nümayəndə heyətinin üzvü: Artıq 432 milyondur.
Prezident Şavkat Mirziyoyev: Siz düzgün dediniz ki, bizim perspektivli istiqamətlərimiz çoxdur. Energetika, neft-qaz sahələri haqqında dediklərinizlə razıyam. Biz Sizinlə söhbət etmişik. İndi biz SOCAR üçün ərazi ayırmışıq. Mən bizimkilərə demişəm, elə yerlər, elə ərazilər ayırsınlar ki, biz bu ciddi şirkətlə uzun müddət əməkdaşlıq edə bilək. İkincisi, bu gün mənə məruzə etdilər ki, onlar çox ciddi danışıqlar aparıblar, hər şey barədə razılaşıblar və həqiqətən, neft-qaz sahəsində qarşılıqlı faydalı əməkdaşlığın real perspektivləri var. Bu, normal kursdur, bu sahədə irəliləyiş var və biz bunu yalnız dəstəkləyəcəyik.
Daha bir mühüm istiqamət, - Sizin artıq qeyd etdiyiniz kimi, - nəqliyyat-kommunikasiya sahəsində münasibətlərdir. Bakı-Tbilisi-Qars dəmir yolu bizim üçün böyük əhəmiyyət kəsb edir. Bizim şirkətlərin çoxu artıq bu yolu tanıyır və Özbəkistan əmtəə dövriyyəsini artırmağı qarşısına hədəf qoyub. Mən çox istərdim ki, Siz tapşırıq verəsiniz, - bütün nazirlər burada əyləşiblər, - Türkmənbaşı-Ələt bərə xəttinə limanda preferensiyalar verilsin. Ona görə ki, bizdə də əmtəə dövriyyəsi artır, iqtisadiyyat yavaş-yavaş dirçəlir, istərdik ki, bütünlüklə bu istiqamətə üstünlük verilsin.
Mədəni-humanitar əlaqələr məsələsinə gəlincə, bizim əməkdaşlığı möhkəmlətməyimiz taleyimizə yazılıb. Biz daha çox görüşlər, konfranslar keçirməli, hər şey barədə danışmalıyıq. Bizim ortaq cəhətlərimiz çoxdur, bizi Əlişir Nəvai və Nizami Gəncəvi birləşdirir. Sizə təşəkkür edirəm ki, Mədəniyyət nazirinizi bizim tədbirlərə göndərirsiniz. Bu il o, iki dəfə bizdə olub. Yeri gəlmişkən, bizdə beynəlxalq Baxşi sənəti festivalı keçirilib. Bu festivalda Azərbaycan nümayəndələri mükafata layiq yerlər tutublar. Demək istəyirəm ki, biz bir-birimizi eşidəndə, görüşəndə əməkdaşlıq istiqamətlərini özümüz tapırıq.
Biz bu səfəri çoxdan gözləyirdik. Biz buraya çox böyük istəklə və qardaş Azərbaycan xalqına sevgi ilə gəlmişik. Mən bu qədər adamı hədər yerə gətirməmişəm. Gətirmişəm ki, onlar həqiqətən səmərəli işləsinlər. Sizi özünüz üçün münasib olan istənilən vaxtda Özbəkistana dəvət edirəm. Ona görə ki, Siz çoxdan bizdə olmamısınız və biz çox istəyirik ki, Sizin üçün münasib olan istənilən vaxtda Özbəkistana gələsiniz, bizim münasibətlərimiz yeni məzmunla zənginləşsin. Sonra isə mən Azərbaycana hökmən səfər edəcəyəm.
Prezident İlham Əliyev: Çox sağ olun hörmətli Şavkat Miromonoviç.
Mən, ilk növbədə, ölkəmiz barədə dediyiniz xoş sözlərə görə Sizə təşəkkür etmək istərdim. Bilirsiniz ki, biz də Özbəkistanda Sizin rəhbərliyinizlə həyata keçirilən dəyişiklikləri diqqətlə izləyirik. Sizin islahatlara, Özbəkistanın coşqun inkişafına yönəlmiş səyləriniz öz səmərəsini verir. Bu gün Sizin ölkəniz haqlı olaraq böyük beynəlxalq nüfuz qazanıb, iqtisadiyyatda və sosial sahədə apardığınız islahatlar təkcə Özbəkistan vətəndaşları arasında deyil, bizdə də böyük əks-səda doğurur. Çünki biz dostlar, qardaşlar kimi həmişə bir-birimizin uğurlarına sevinirik.
Heydər Əlirza oğlu Əliyev haqqında dediyiniz xoş sözlərə görə çox sağ olun. Siz tamamilə haqlısınız. O, özbək xalqına böyük hörmət və məhəbbət bəsləyirdi. Mən hələ yeniyetmə idim, onun Şərəf Rəşidoviç Rəşidovla sıx dostluq münasibətlərinin şahidi olmuşam. Onlar qardaşcasına dostluq edirdilər və yadımdadır, qondarma yenidənqurma illərində müəyyən dairələrin törətdiyi ədalətsizlik ona çox mənfi təsir göstərmişdi. Söhbət "özbək işi” adlandırılan məsələ barədə idi. Bunu edən "məşhur” adamlar Qdlyan və İvanov idilər. Onlar təkcə Özbəkistana deyil, hesab edirəm ki, bizim hamımıza çox böyük ziyan vurdular. Ona görə ki, bu, Sovet İttifaqının türkdilli respublikalarına qarşı məqsədyönlü şəkildə təşkil edilmiş hücum idi. Bu hücum Azərbaycandan da yan keçmədi, burada da təxminən eyni əməlləri həyata keçirməyə çalışırdılar, lakin bunun üçün sadəcə vaxtları çatmadı.
Münasibətlərimizin gələcəyi barədə isə Siz bizim əməkdaşlıq edəcəyimiz məsələləri çox geniş və ətraflı səciyyələndirdiniz. Əminəm ki, bu gün biz yeni istiqamətlər müəyyənləşdirəcəyik və hər bir istiqamət üzrə bu gün və sabah müvafiq qurumlar görüşəcəklər, müzakirələr aparacaqlar və bizi yaxşı nəticələrə doğru yönəldəcəklər. Dəvətə görə sağ olun. Yenidən məmnuniyyətlə qardaş Özbəkistana səfər edərəm.
Prezident Şavkat Mirziyoyev: Başlıcası, Siz Özbəkistanın həmişə - əvvəllər də, indi də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bilirsiniz və Siz buna əmin olmalısınız. Bu, bizim səmimi arzumuzdur. Çünki Azərbaycanın ərazi bütövlüyü çox mühümdür. Hər şey sülh yolu ilə olmalıdır, Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir. İlham Heydər oğlu, biz bunu həmişə dəstəkləmişik və gələcəkdə də mütləq dəstəkləyəcəyik. Çünki bu, bizim qardaş Azərbaycanla bağlı niyyətimizdir.
Prezident İlham Əliyev: Sağ olun.
"Kəssam Tuqayları" ilə "Qüds sərdarələri" İsrail ordusu ilə döyüşə giriblər - "Onlarla hərbçini vurduq"
Türkiyədə təyyarə qəzasına düşən biznesmen həlak olub - Arvadı isə möcüzə sayəsində sağ qalıb
Ərəb ölkələri İsrail etiraz edib
10 yaşlı gimnast "Sarı gəlin"in sədaları altında uğur qazandı
Oğurlanan 757 illik əlyazma Bəhreyndən geri gətirilib - FOTO
Qəzzada daha 116 nəfər ölüb - Bir ailə isə tamamilə yox edilib
Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb
İspaniyada meşə yanğını: 2 nəfər yanaraq ölüb
Ağcabəddə 18 yaşlı gənc kanalda boğulub
Türkiyədə iş adamı və arvadı təyyarə qəzasında öldü
"Kurtlar Vadisi"nin "Cevat"ı öldü - "Rahat yat, qardaş!"
Almaniya kansleri vacib sualdan yayındı - "Bu, qəbuledilməzdir"
İran: "Nüvə sənayesini bombalamaqla məhv etmək olmaz" - "Güclü deyilsinizsə, sağ qala bilməzsiniz"
Azərbaycan və Özbəkistan prezidentləri görüşüb, yeni sənədlər imzalanıb - FOTOLAR (YENİLƏNİB)
Yekaterinburqda daha bir Azərbaycan vətəndaşı həbs olunub
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - DETALLAR
Qəzzada son 24 saatda 142 nəfər öldürülüb
"Beşiktaş" bəyənmədi - "Liverpul"la anlaşdı
RƏSMİ BAKIDAN RUSİYA XİN və SƏFİRLİYƏ CAVAB: "Vəziyyəti daha da gərginləşdirən addmlar atmayın"
"Azneft" Istehsalat Birliyi ləğv olunur? - Komitə sədri "Görəsən, işçilər bu dəfə hansı dili öyrənəcək?", - deyə sual edir
Xüsusi icra məmurları ilə bağlı yeni qanun hazırlanır
Əminə Ərdoğan Roma Papası ilə görüşüb - FOTO
Ərzurumda zəlzələ olub - 4,1 bal gücündə
İsrail ordusu Ramallahda evləri dağıdıb
"Beşiktaş" klubu məşhur italyan hücumçu ilə vidalaşıb
Vəkil bürolarında yoxlama olub
KTN-in işçiləri rüşvət alıblar
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşüb
RUSİYA SƏFİRİ XİN-ə ÇAĞIRILDI - Rəsmi Bakıdan moskvaya etiraz
DAHA ÜÇ İTKİN DÜŞMÜŞ ŞƏHİDİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİ - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Moskvanın Cənubi Qafqaz siyasəti və... - TƏHLİL
Bakıda böyük söküntü işi başlayır - YENİ KOMİSSİYA YARADILDI
Filippində güclü yanğın... - Minlərlə insan evsiz qalıb
Yunanıstanda məhbuslar qiyama qalxıb - Həbsxana yandırılıb
Ərdoğanı təhqir edən 42 nəfər tutulub - "Heç kim nifrət və təxribat zəhərini küçələrə daşıya bilməz"
Kəbirə-Tibb Mərkəzi satılıb
Politoloq Azər Qasımlı hakim qarşısına çıxarıldı
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
“Arxamızda güclü dövlətimiz və rəhbərimiz var" - ŞIXLINSKİ SAXLANILMASINDAN DANIŞDI
Sabah hava necə olacaq? - Proqnoz
Serj Sarqsyan həbs təhlükəsiylə üzləşib
Nazir böyük islahata hazırlaşır: mərkəzlərin əsasnaməsi dəyişir, bir çox şöbə və sektorlar ləğv olunacaq
“Bəylər Eyyubovu çoxdan tanıyıram, o..." - Sabiq nazir