Həbsdə olan müşavirdən Cəmil Həsənliyə dəstək gəldi

img

30-08-2013 [18:58]


Yaxınları Müsavat Partiyasının funksioneri, yazar Yadigar Sadıqovla saxlandığı təcridxanada (Lənkəranda) görüşüb. 

Bu barədə müsavat.com-a bu partiyanın Masallı təşkilatının sədri, arestantın dostu Xasay Səfəroğlu məlumat verib. O, deyib ki, bir həftəlik çək-çevirdən sonra nəhayət ki, yaxınları Yadigar Sadıqovla görüşə biliblər. Görüşdə X. Səfəroğlu da iştirak edib. Yadigar Sadıqov onun vasitəsi ilə ictimaiyyətə aşağıdakı mesajını yollayıb: "Bütün dostlara,müxalifətçilərə salam olsun!Son proseslərdən xəbərdaram.Özəlliklə Milli Şuranın prinsipial qərar verərək Cəmil Həsənlini vahid namizəd göstərməsi təqdirə layiqdir...Bu işdə əməyi keçmiş bütün MŞ üzvlərinin, xüsusən də üzvü olduğum Müsavat Partiyasının addımlarını alqışlayıram və xalqımıza qələbə arzulayıram"

Xasay Səfəroğlu deyib ki, Y. Sadıqlı hazırda Lənkəranda saxlanılır. Əhavalı yaxşıdır.Sabah yenidən Bakıya aparılacaq.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA