Sumqayıtdakı kazinolara kim və ya kimlər himayədarlıq edir?

img

30-08-2013 [19:23]



 

Bir vaxtlar ölkəmizdə hər addımbaşı rast gəlinən qumar oyunlarına 1997-ci ildə mərhum prezident Heydər Əliyevin birbaşa göstərişi ilə son qoyulsa da, deyəsən, bunun bəzi şəhər və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri üçün əhəmiyyəti yoxdur.

 

Bu barədə mia.az-a daxil olan məlumata görə, hüquq-mühafizə orqanlarının paytaxt Bakıda və Azərbaycanın bir sıra bölgələrində fəaliyyət göstərən qumarxanalarda tez-tez əməliyyatlar keçirməsinə rəğmən, yenə də belə məkanlar var. Elə bu da qadağalara əməl etməyənlərin olduğunu təsdiqləyir.

 

Məlumata görə, Daxili İşlər Nazirliyinin paytaxtda olan qumarxanalarla bağlı keçirdiyi reydlərdən sonra belə məkanların bəziləri Sumqayıt şəhərinə «transfer» edilib: «Hazırda Sumqayıta Azərbaycanın "Las-Veqas”ı da demək olar. Bəli, bu şəhərdə müxtəlif növ qanunsuz mərc oyunlarının təşkil edildiyi qumarxanalar açıq fəaliyyət göstərir. Bu barədə bir dəfə mətbuatda məqalə də gedib. Amma görünən odur ki, bunun da təsiri olmayıb. Hazırda da mərhum prezident Heydər Əliyevin göstərişi ilə qapadılan və hazırda da qanunvericiliklə fəaliyyət göstərməsi qadağan edilən qumarxanalar Sumqayıtda hüquq-mühafizə orqanlarının "gözündən yayına» bilib!».

 

Mia.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, 2-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi ev 41, mənzil 14-də, "Labirin” kafesinin üstündə, "Sunset” internet klubunun yanında "555” adlı qumarxana fəaliyyət göstərir: «Kazino kimi fəaliyyət göstərən bu məkan Sumqayıtın ən dəbdə olan və ən sanballı "stavka”ların edildiyi qumarxanalardan sayılır. Xarici ölkələrdən birində qeydiyyatda olan server vasitəsilə açıq qumar oyununu təşkil edildiyi bu məkanın sahibinin "Nasosnu” qəsəbə sakini Tural adlı şəxs olduğu da deyilir».

 

Sumqayıt sakinləri bu məsələdən şəhərin hüquq-mühafizə orqanlarının xəbərsiz olduğunu da inkar etmirlər. Görəsən, general Sahib Mirzəyev həqiqətən bu qanunsuz oyunlardan xəbərsizdir, yoxsa?

 

Bu və ya digər məsələlərlə bağlı nə qarşı tərəfin, nə də rəsmi qurumların mövqeyini də dinləməyə hazırıq.

 

Sumqayıt şəhərində deyilən ünvanlarda fəaliyyət göstərən kazinolarla bağlı araşdırmalarımız davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA