Aygün Kazımovanın qardaşı ilə bağlı istintaq bitdi

img

30-08-2013 [18:56]



Xalq artisti Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşı Kazım Kazımov və digərləri barəsində olan yeni cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

APA-nın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanovun icraatına verilib. Prosesin hazırlıq iclası isə sentyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın bundan əvvəl də cinayət işi olub. Belə ki, onlar vətəndaşları aldadaraq xeyli miqdarda pul mənimsəməkdə ittiham olunublar. Əvvəlki cinayət işində 57 zərərçəkmiş şəxs istintaq tərəfindən tanınıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K. Kazımzadə 10 il, Y. Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O. Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən E. Əkbərov barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. O, 3 ili sınaq müddəti olmaqla 7 il şərti olaraq azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, yeni cinayət işində 100-dən çox zərərçəkmiş şəxs var.

Kazım Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA