Müdirini intim görüntüləri ilə şantaj edən azərbaycanlı qadın saxlanıldı

img

04-09-2013 [15:02]


Türkiyənin Bursa şəhərində intim görüntülərindən istifadə etməklə müdirini şantaj edən 41 yaşlı azərbaycanlı qadın iki qohumu ilə birlikdə saxlanılıb.

"Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, azərbaycanlı qadının çalışdığı toxuculuq sexinin müdiri ilə onun kabinetində cinsi əlaqəyə girdiyi məlum olub. Daha sonra qadının yaxın qohumları həmin şəxsi şantaj edərək əllərində görüntülər olduğunu və videonu onun ailəsinə göstərməmək şərti ilə müdirdən pul istəyiblər.

Bu, bir neçə dəfə təkrarlandıqdan sonra həmin şəxs polisə şikayət edib və şikayət əsasında hər üç qadın saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA