Heydər Əliyevi öyrənməyən müxalifətçi ola bilməz

img

30-08-2013 [15:16]



Heydər Əliyev Sovet İmperiyasının Siyasi Bürosuna uzv seçiləndə bütün Azərbaycan sevindi.Bizim də ailəmizdə hamı sevindi. Mən ailəmlə bu xəbəri gecə televiziyada eşidəndə sevincimizdən həyəcanlandıq. Uzun müddət Heydər Əliyevin qəhrəmanlığından, böyük dövlət xadimi və dünya çaplı siyasətçi olmasından danışdıq.

Böyük liderlər Heydər Əliyev haqqında

***

Corc BUŞ- Amerika Birləşmiş Ştatlarının Prezidenti:

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.


Vladimir PUTİN- Rusiya Federasiyasının Prezidenti:

Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatdan getmişdir. Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir.


Jak ŞİRAK- Fransa Respublikasının Prezidenti:

Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır.

Toni BLEYER- Böyük Britaniyanın Baş naziri:

Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.

Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.


Xu SZİNTAO- Çin Xalq Respublikasının Sədri:

Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır.


Əhməd Necdət SEZƏR-Türkiyə Respublikasının Prezidenti:

Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm.
Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir.


Rəcəb Tayyib ƏRDOĞAN-Türkiyə Respublikasının Baş naziri:

Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk dünya tarixində şərəfli yer tutmuşdur.

Kraliça- II ELİZABET:

Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur.


Gerhard ŞRÖDER Almaniya Federativ RespublikasınınFederal kansleri:

Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.

Bülənd ECEVİT-Demokratik Sol Partiyasının Sədri:

Azərbaycan ilə Türkiyə arasında dərin kökləri olan tarixi və mədəni bağlar vardır. Hörmətli Əliyev tarixdən gələn bu bağların yenidən canlandırılması və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün fövqəladə səylər göstərmişdir.

Butros-Butros Qali-BMT-nin sabiq Baş katibi:

Heydər Əliyev böyük şəxsiyyətdir. O, mənim dostum, qardaşımdır. Onun yeri həmişə ürəyimin başındadır.

Avropa Şurasının sədri Heydər Əliyevə böyük siyasətçi dedi

***

Heydər Əliyev haqqında bir fikri xüsusi olaraq vurğulamaq istəyirəm. Azərbaycan Avropa Şurasinin üzvü olan zaman Avropa Şurasının sədri Valter Şvimmerin dilinden eşitmişəm. Belə ki, qaydalara görə Avropa Şurasına qəbul olunan dövlətin başçısı Avropa Şurası qarşısında çıxış etməlidi. O zaman president Heydər Əliyev də Avropa Şurası qarşısında çıxış etdi. Avropa Şurasının sədri Heydər Əliyevə söz verərkən dedi. "İndi sizin qarşınızda böyük bir siyasətçi çıxış edəcək”. Qeyd etməliyəm ki, Avropanın böyük dövlət xadimləri böyük siyasətçi sözünü çox xəsisliklə işlədirlər və bizi kimi belə sözləri yeri gəldi, gəlmədi havaya atmırlar. Onların nəzərində böyük siyasətçi Çörçill, Ruzvelt və s. kimi dünya nəhəngləridi. O zaman Heydər Əliyev Avropa Şurasının iclasında tarixi bir çıxış etməklə salonda sürəkli alqışlar yaratdı.

Prezidentlərimizin hamısı Heydər Əliyevə borcludular

***

Azərbaycan prezidenti olmuş Ayaz Mütəllibov özünün bütün yüksəlişinə görə Hüydər Əliyevə borcludu.

Azərbaycan prezidenti olmuş Əbülfəz Elçıbəy həbsxanadan azad olunmasına görə Heydər Əliyevə brcluduir. Əbülfəz Elçibəy bu yaxşılığı heç zaman unutmayıb və həmişə yaşadığı evin divarında başının üstündə Heydər Əliyevin şəklini asıb.

İlham Əliyev öz evində dünya siyasətini və tarixini gördüyünə görə və bu mühitdə yetişdiyinə görə Heydər Əliyevə borcludu.

Heydər Əliyevin böyüklüyü

***

İndi müxalifətdə olduğunu deyən İsa Qəmbər parlament sədrliyindən istefa verərərək öz postunu künüllü şəkildə Heydər Əliyevə verdi. Əbülfəz Elçibəy Kələki kəndinə getdi və özünün president kürsüsünü Heydər Əliyevə verdi.

Heydər Əliyev Azərbaycanı parçalanmaqdan qorudu.
Heydər Əliyev Azərbaycanı dünyada tanıtdı.

Heydər Əliyev Azərbaycanın neft strategiyasını yaratdı.

Heydər Əliyev Azərbaycanı Xəzər və Qara dəniz regionunda güclü iqtisadi və siyasi oyunçuya çevirdi.

Heydər Əliyev Azərbaycan ordusunu yaratdi.

Heydər Əliyev Azərbaycanda hərc-mərcliyə son qoydu və nizam-intizam yaratdı.

Heydər Əliyev müxalifətin bütün mitinq və yürüşlərinə şərait yaratdı.

Könüllü olaraq yerlərini Heydər Əliyevə verən müxalifət sonra Heydər Əliyevin böyüklüyünü başa düşmək istəmədi.

Öz rəqibini qiymətləndirə bilməyən insanlar isə mütləq iflasa məhkumdular. Belə də oldu.

1993-cü ilin president seçkisində müxalifət mənasız hərəkət edərək seçkiləri baykot yolunu seçdi. Heydər Əliyev müqavimətsiz və demokratik seçkilərdə qələbə qazandı. 1998-ci ildə də müxalifətin bir hissəsi yenə də seçkiləri boykot yolunu seçdi. Heydər Əliyev yenə də seçkiləri uddu.

Müxalifətimiz bircə şeylə qürrələnirdi. Müxalifət mətbuatında Heydər Əliyevin adının qarşısında prezident sözü yox, olkə başçısı və yaxud da dövlət başçısı yazırdılar. Guya bununla Heydər Əliyevin preziderntliyinin legitim olmadığını göstərmək istəyirdilər.

2008-ci ildə müxalifət yenə də seçkiləri boykot etmək qərarına gəldi və seçkidə iştirak etmədi. İlham Əliyev seçkini tam demokratik bir şəraitdə uddu. O zaman mən müxalifətə açıq məktubla müraciət etdim. Həmin məktubun məzmunu bu gün də aktual olduğundan burada olduğu kimi verirəm.

"Müsavat Partiyasının Başqanı cənab İsa Qəmbərə,

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri cənab Əli Kərimliyə,

Azərbaycan Liberal Partiyasının sədri Lalə Şövkət xanıma

Hörmətli cənablar və xanım!

2008-ci ilin prezident seçkiləri ilk növbədə Azərbaycan tarixində namizədlərin bolluğu ilə yadda qalacaq. Yəni 2008-ci ildə 21 nəfərin prezidentliyə namizədliyi təsdiqləndi ki, bu da 1992, 1993, 1998, 2003-cü illərdəki namizədlərin toplam sayına yaxındır. MSK-nın 21nəfərin hamısınıın namisədliyini təsdiq etməsi, namizədlərin imzatoplama kampaniyasına heç bir məhdudiyyət qoyulmaması, və bu prosesə heç bir əngəl törədilməməsi seçki prosesinin birinci mərhələsinin demokratik və ədalətli, dünya standartlarına cavab verən bir şəraitdə keçirildiyini sübut edir.

2003-cü ildən başlayaraq, Sizin partiyalarınızın sıralarının kəskin şəkildə seyrəlməsi və elektoratınızı itirməyiniz Sizi seçkini baykot etməyə və bəzi digər partiyaları seçkidə iştirak etməməyə sövq etdi. Xarici ölkələrin əksər dövlət xadimləri, beynəlxalq təşkilatların nümayəndələri və Azərbaycanın əksər siyasi dairələri Sizin bu hərəkətinizi seçki prosesinə dəxli olmayan uğursuz bir cəhd kimi qiymətləndirib.

Buna baxmayaraq Siz daha bir uğursuz cəhdə də əl atıbsınız ki, bu da seçkilərin nəticələrinin əvvəlcədən tanınmamasından və seçiləcək prezidenti qeyri legitim hesab etməkdən ibarətdir. Nəzərinizə çatdırıram ki, bu taktikanı Siz 1993, 1998-ci illərdə də həyata keçirmisiniz. Nəticələr uğursuz olub. Bütün dünya ölkələri və beynəlxalq təşkilatlar həmin seçkilərin nəticələrini tanıdı. Demokratiyanın qarantı hesab etdiyiniz ABŞ prezidentləri Ata Buş da, Klinton da, Bala Buş da, Qərbi Avropa və Şərqi Avropa ölkələrinin prezidntləri, İslam ölkələrinin başçıları və bir şözlə bütün dünya ölkələrinin başçıları həm Heydər Əliyevi, həm də İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik etdi. Dünyanın bütün ölkələri Azərbaycanla siyasi, iqtisadi, mədəni əlaqələr yaratdı. Yalnızca Siz qəzetlərinizdə Prezident Heydər Əliyevin adı qarşısında ölkə başçısı, dövlət başçısı sözləri yazmaqla bütün dünyaya, o cümlədən də demokratiyanın beşiyi hesab etdiyiniz ABŞ və Avropa ölkələrinə qarşı çıxdınız.

Nəzərinizə çatdırıram ki, indi müxalifət qəzetlərinin demək olar ki, hamısı düz yola qayıdıb və ölkə prezidentinin adı qarşısında hansı titulu yazmaq kimi gülünc və əziyyətli işdən xilas olub.

Bu məktubu yazmaqda əsas məqsədim Sizi və partiyalarınızdakı insanları dünyaya qarşı vuruşmaq kimi mənasız bir işdən çəkindirməkdir.

Mən özüm də vaxtilə müxalifətçi olduğumdan və bu gün Azərbaycanın Dağliq Qarabağ kimi böyük problemi olduğunu, Cənubi Qafqazda dünyanın nəhəng güclərinin maraqlarının sıçrayışla dəyişdiyi bir zamanda Sizi Azərbaycan Respublikası Prezidentinin seçkilərində daha düzgün mövqe nümayiş edtirməyə dəvət edirəm. Hesab edirəm ki, Siz Nastradamus deyilsiniz və indidən seçkilərin nəticələrini tanımamaqala partiya üzvlərinizin gələcək fəaliyyətinə zərbə vurursunuz.

Mən seçki prosesini ciddi təhlil etdiyimdən bilirəm ki, bu ilki seçkilər əvvəlki seçkilərlə müqayisədə daha demokratik, daha şəffaf və ədalətli bir şəraitdə keçiriləcək. Ona görə də Sizi dünya praktikasında qəbul olunmayan hərəkətlərdən çəkinməyə, dünya ilə vuruşmaqdan vaz keçməyə dəvət edirəm. Hesab edirəm ki, Sizin seçkilərdə iştirak etməyiniz, seçkiləri müşahidə etməyiniz, seçki prosesində iştirak edən elektoratın sosial mənşəyini və seçkinin nəticələrini obyektiv olaraq araşdırmağınız və bundan nəticə ıxarmaqla öz fəaliyyətinizə qiymət verməyiniz, gələcəkdə daha düzğün qərarlar verməyinizə bir vəsilə ola bilər!

Azərbaycan Respublikası Prezidentliyinə eks-namizəd,

Fizika-riyaziyyat elmləri doktoru, Qüdrət İsaqov”

1993-cü il yanvarın axırlarında Heydər Əliyevlə görüşmüşəm

***

1992-93-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatının strateji proqramlar şöbəsində işləyirdim. 1993-cü il yanvarın axırlarında enerji böhranı ilə əlaqədar olaraq Naxçıvanda ezamiyyətdə oldum. O zaman Heydər Əliyev məni böyük hörmətlə qəbul etdi.

Heydər Əliyev Naxçıvanındakı enerji problemləri, elektrik şəbəkələri haqqında hər bir mütəxəssisi heyrətə salan dərin məzmunlu söhbətlər etdi. O zaman mən Heydər Əliyevin fenomenal yaddaşına və biliyinə bir daha heyran oldum.

Müxalifət olmaq istəyənlər Heydər Əliyevi öyrənməlidilər

***

Müxalifət olmaq istəyənlər Heydər Əliyevin nəhəngliyini qəbul etməlidilər.

Heydər Əliyevin nəhəngliyini qəbul etməyənlər Heydər Əliyevin yaratdığı siyasi sistemdə iflasa məhkumdular. Müxalifətin iflasının başlanğıcı həvəskar şahmatçının dünya çempionunu saya salmaması kimi bur şeydi. Belə şahmatçıların oyunçu olmaları və hər hansı uğur qazanmaları qeyri mümkündü.

Qüdrət İsaqov

Fizika-riyaziyyat elmləri doktoru, professor(Azərbaycan),

Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki (Almaniya),

ATEA-nın Fəxri Rentgen medalı laureatı,

Beynəlxalq Energetika və Ekologiya jurnalı baş redaktorunun müavini (Rusiya),

Prezidentliyə namizəd


Digər xəbərlər
SON XƏBƏRLƏR