"İctimai TV"nin əməkdaş rejissor Kənan M.M.-dən polisə şikayət edib - "Ölkədə hər büdcəyə uyğun yaltaq var, bax, sənə lazım idi?"
16-07-2025 [12:56]
"İctimai TV"nin əməkdaşı Aydın Muradov rejissor Kənan M.M.-i polisə şikayət edib.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, buna səbəb rejissorun onunla bağlı sosial şəbəkədə etdiyi paylaşım olub. Belə ki, Kənan A.Muradovun fotosunu yayımlayaraq, onun ünvanına tənqidlər yazıb:
"Ölkədə hər büdcəyə uyğun yaltaq var. Bax, sənə bu lazım idi? Niyə arının yuvasına çöp soxursan? Hamınızın axırına çıxacağam. Nömrəm açıqdır. Sən və sənin kimilər adımı çəkməsin. Get, epizodlarını oyna və pulunu al qoy cibinə".
A.Muradov isə onun statuslarını yayımlayaraq məhkəməyə müraciət edəcəyini bildirib:
"Kənan Mahmudov, (Azərbaycan Respublikasının Konstitusiyanın 32-ci maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155, 156 ,156.1 156.2 maddələrini əsas tutaraq) hüquqlarımı pozaraq şəklimi məndən icazəsiz paylaşmağınız, şərəf və ləyaqətimi alçadmağınız sizi və paylaşımınıza şərh yazanları qanun çərçivəsində cavab vermələri üçün addım atmağa məni vadar elədi.
Sərbəst kast rəhbəri olaraq bu neçə ildə sizdən daha çox incəsənət və kino aləmi üçün nəsə bir addım atıb, iş görmüşəm. Siz isə ancaq bu cür ucuz reklama qaçmısınız. Hətta siravi bir vətəndaşın sizin haqqınızda düşüncələrini həzm edə bilməmisiniz. Kütləvi səhnələrdə epizodik rollarda çəkilən dahi aktyorlarımıza qədər dil uzadıb söz atırsınız. Əgər mənim şəklimi paylaşımınızdan silməsəniz, əlimdə olan faktları əsas götürüb sizi məhkəməyə verəcəyəm. Şərh yazanlar haqqında da tədbir görülməsini istəyəcəyəm.
Rejissor olaraq bir iş görün, ondan sonra nəsə tələb edin. Mənim İTV-də rejissor Vüsal Həmdullayevin 20 Yanvar haqqında çəkdiyim video sujet sizin ümumi incəsənət yolunuzdan daha ağır və tutarlıdır".
Qeyd edək ki, aktyor-rejissor Kənan Mahmudov (Kənan MM) İTV rəhbərliyini monopoliya yaratmaqda ittiham etmişdi.
A.Muradov isə status paylaşaraq "Şpaqad açaraq gündəm olmaq, incəsənət, kino üçün nəsə etmək demək deyil. Ona deyən lazımdır ki, TikTok-da canlı açaraq vaxt keçirməkdənsə, İTV-nin efirində yayımlanan layihələrdən 1 faizini işləmək lazım idi" sözlərini yazıb.
MİA.AZ
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı