AzTV-də yeni təyinatlar - Kimlərə vəzifə verildi? + SİYAHI

img

08-10-2019 [18:17]


"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Məmmədov tərəfindən kadr islahatları davam etdirilir.

QSC-nin Baş prodüseri Hikmət Yaqubov tutduğu vəzifədən azad olunaraq "Mədəniyyət” kanalının direktor müavini təyin olunub.

Kanalın Bədii rəhbərinin müavini Nazilə Babayeva isə QSC-nin Baş prodüseri vəzifəsinə təyinat alıb.

Əməkdar incəsənət xadimi Ülviyyə Kərimova QSC-yə Baş rejissor təyin edilib. 

QSC sədri tanınmış jurnalist Rövşən Binnətliyə isə "İdman” kanalının direktor müavini postunu həvalə edib.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov xəbəri təsdiqləyib.

Xatırladaq ki, Rövşən Məmmədova qurumun rəhbərliyi tapşırıldıqdan sonra AzTV-də köklü islahatlara start verilib. Kanalın simasında xeyli dəyişikliklər edilib, ciddi kadr islahatları aparılıb, yeni layihələrə start verilib/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA