Putinlə gürcü jurnalist arasında gərginlik - Mühafizəçilər olaya müdaxilə etdi

img

01-10-2019 [20:12]


Rusiya Prezidenti Vladimir Putinlə Gürcüstanın "Rustavi 2” telekanalının əməkdaşı arasında gərgin anlar yaşanıb. 

Ali Avrasiya İqtisadi Şurasının Yerevanda keçirilən iclasından öncə gürcü jurnalist V. Putinə Rusiyanın qoşunlarını Abxaziya və Cənubi Osetiyadan nə vaxt çıxaracağı ilə bağlı sual ünvanlayıb.

V. Putin gürcü jurnalistə "Nə vaxt belə qərar versək”, - deyə bildirib.

Bundan sonra, jurnalist replika ilə cavab verib ki, Rusiya bu öhdəliyi öz üzərinə götürüb.

V. Putin isə cavabında "Biz hər zaman öhdəliklərimizi yerinə yetiririk” - deyə qeyd edib.

"Rustavi 2” telekanalının əməkdaşı mühafizəçilər tərəfindən ərazidən uzaqlaşdırılıb. /APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA