25-08-2013 [19:44]
Həqiqətləri deməyin zamanı gəldiyini bütün varlığımla hiss edirəm. Yaxşı bilirəm ki, kimin namizədliyinin irəli sürülməsindən asılı olmayaraq indiki prezident İlham Əliyevin qələbəsi şəksizdi. Ona görə də bütün səmimiyyətimlə aşağıdakıları bildirməyi zəruri hesab edirəm.
Qərb ölkələri İlham Əliyevi özlərinin enerji təhlükəsizliyinin
qarantı hesab edirlər
***
Azərbaycan Avropanın enerji təhlükəsizliyinuin təmin olunmasında mühüm rol oynayır.
Azərbaycan Rusiyanın, Rusiya isə Azərbaycanın mühüm iqtisadi və siyasi tərəfdaşıdı.
Azərbaycan region ölkələri olan Türkiyənin və Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Ona görə də Rusiya və enerji təhlükəsizliklərini qoruyan qərb ölkələri, digər region ölkələri Azərbaycanda onlara bu təhlükəsizliyin təminatçısı olan prezident İlham Əliyevin hakimiyyətdə qalmasında maraqlıdılar. Onlar hesab edirlər ki, istənilən hakimiyyət dəyişikliyindən sonra neft və qaz müqavilələrinə yenidən baxıla bilər. Neft və qaz strategiyasında ciddi deyişikliklər oluna bilər.
Millət hakimiyyət dəyişikliyinin ölkədə təlatümlər yaratmasından qorxur.
***
Azərbaycan vətəndaşlarının 85-90 faizi və bəlkə də daha çox hissəsi ölkəmizdə kataklizmlərin olmasını istəmir. Siyasətçilər və politoloqlar yaxşı başa düşürlər ki, Ermənistanla sülh danışıqlarının limiti hələ də tükənməyib. İlham Əliyev hökuməti bu sahədə lazım olan işləri görməyə çalışır. İqtisadiyyatımız gücləndirilir, ordumuzun müdafiə gücü artırılır. Bizə qarşı yönəldilən informasiya müharibəsində Azərbaycan uğurlar əldə etməyə başlayıb.
Azərbaycan əhalisi Gürcüstandan, Ermənistandan və digər postsovet ölkələrinin əhalisinə nisbətən yaxşı yaşayır.
Hamı hakimiyyət dəyişikliyinin ölkədə təlatümlər yaratmasından qorxur.
Ona görə də Azərbaycan vətəndaşlarının əksəriyyəti istənilən səviyyəli demokratik seçkilərdə İlham Əliyevi dəstəkləyəcəklər.
Müxalifət istefa deyə-deyə özünün iflasını hiss etməyib
***
Heydər Əliyev 1993-cü ildə prezidentliyə namizədliyini verən zaman indi müxalifətdə olan insanların çoxu seçkiləri boykot yolunu tutdular. Guya bununla onlar ahkimiyyətin legitim olmadığını isbat etmək istəyirdilər. O zaman Heydər Əliyev ciddi bir maneəyə rast gelmədən azad seçkilərdə əhalinin böyük əksəriyyətinin səsini qazanaraq prezident seçildi. Bütün xarici ölkələr Heydər Əliyevin prezident kimi legitimliyini tanıdı. Sonrakı seçkilərdə də müxalifət boykot taktikasından istifadə etdi. Heç bir səmərəsi olmadı. Xarici ölkələrin liderlərinin hamısı seçilmiş prezidentin legitimliyini tanıdı. 2008-ci ilin prezident seçkilərində mən müxalifət liderlərinə açıq məktubla müraciət etdim ki, boykot siyasi partiyalara məğlubiyyətdən və deqradasiyadan başqa heç nə verə bilməz. Partiyaları yaşadan seçkilərdi. Daşı ətəyinisdən tökün, uduzsanız da seçkilərdə iştirak edin. O zaman siz ən azı özünüzün və rəqibinizin gücünü biləzəksiniz. Amma çifayda. Xeyri olmadı. Nəticəsi isə göz qabağındadı.
Bizim müxalifət liderləri bu 20 il ərzində elə fikirləşiblər ki, camaat inqilab eləyib, prezident aparatının, Milli Məclisin açarlarını məcməyidə gətirib bunların qabağına qoyacaqlar. Ona görə həmişə kabinetlərində oturub gözləyiblər. Xalqın da inqilab-filan eləmək fikri heç vaxt olmayıb. Müxalifət istefa deyə-deyə özünün iflasını hiss etməyib!
Bu seçki də müxalifətdə olanlar üçün İbrahimbəyov oyununun güdazına getdi
***
İndi isə müxalifət tamam çaşdı və Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovun ətəyindən yapışıb əl çəkmədi ki, sən hökmən bizim prezidentimiz olmalısan. Rüstəm İbrahimbəyov isə müxalifəti doladı. Demədi ki, a balam əl çəkin məndən. Görmürsünüz mən Rusiya vətəndaşıyam. Mən necə sizin prezidentiniz ola bilərəm. Konstuitusiya var, qanun var! Bunun əvəzində İbrahimbəyov dedi ki, iki gündən sonra gəlirəm, yox 3 gündən sonra gəlirəm...
İndi Cəmil Həsənli Milli Şuranın vahid namizədi oldu. Cəmil Həsənli İlham Əliyevə veriləcək səsləri 1% də azalda bilməyəcək. Cəmil müəllim kifayət qədər praqmatikdir. O mənim dediklərimin həqiqət olduğunu yaxşı bilir.
Prezident seçkilərini mühüm hadisə hesab edirəm,
ona görə də namizədliyimi verdim
***
Azərbaycan Respublikasında prezident seçkiləri dövrünü dövlətimizin inkişafı naminə yeni fikirlərin və proqramların cəmiyyətimizə və Azərbaycan Respublikasının Prezidentinə çatdırılması üçün unikal bir şans kimi dəyərləndirirəm.
Prezidentliyə namizəd olaraq respublikamızda davamlı sabitliyin və əmin-amanlığın daha da möhkəmləndirilməsi, demokratik institutların yaradılması istiqamətində təkliflərlə çıxışlar edəcəm.
Prezidentliyə namizəd olaraq təbliğat və təşviqat dövründə dövlətimizin inkişafına xidmət edən elmi və iqtisadi təkliflərlə çıxış edəcəm.
Prezidentliyə namizəd olaraq yeni iş yerlərinin yaradılması istiqamətində yeni təkliflərlə çıxış edəcəm.
Prezidentliyə namizəd olaraq ordumuzun gecləndirilməsi və müdafiə sənayemizin inkişafı naminə ümumiləşmiş təkliflərlə çıxış edəcəm.
Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına aid təkliflərlə çixışlar edəcəm.
Bank kreditləri, o cümlədən də ipoteka kreditləri haqqında təkliflərlə çıxışlar edəcəm.
Ənənəvi böyük energetikanın daha da inkişafı naminə təkliflər irəli sürəcəm.
Alternativ enerhetikanın inkişaf etdirilməsi və ətraf mühitin qorunmasına dair təkliflər verəcəm.
Metallurgiya sənayesinin yenidən qurulması naminə təkliflər irəli sürəcəm.
Dövlətimizin inkişafı və millətimizin firavan yaşaması naminə namizıdliyim dövründə qarşıma çıxan digər məsələlər haqqında da təkliflər irəli sürəcəm...
Prezident seçkisinin millətimizə və dövlətimizə xeyirli olması arzularıyla,
Qüdrət İsaqov
Fizika-riyaziyyat elmləri doktoru, professor,
prezidentliyə namizəd
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna edilb - Fərman
Prezident ipoteka krediti ilə bağlı fərman imzaladı - Qayda dəyişdi
"Həmkarlar" işçilərin maaşının kəsilməsinə imza atıb - Komitə sədri sənəd paylaşdı (FOTO)
MHP sədri DEM-in heyəti ilə görüşüb
Bulvardakı konsertdə söyüş söyən reper saxlanıldı
Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib
Bakıda qadın güllələnib
Sumqayıtda əməliyyat: İbrahim Əliyev və Elçin Hüseynov saxlanılıblar
Oğuzda üzərinə ağac düşən 34 yaşlı şəxs ölüb
Sabiq deputat AHİK sədrini "vurdu" - "Dörd-beş nəfər birdən istefa verir, yaxud..."
İsrail Suriyanın Baş Qərargahına zərbə endirib: "İstənilən hərbi ssenariyə hazırıq"
İmamoğlu hakim qarşısında prokurorla dilləşdi: "Mənə baxma” - Məhkəmədən ilk foto yayıldı
Leyla Əliyeva Berdiməhəmmədovun qızı ilə görüşüb - FOTOLAR
Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanı ziyarət edib
General vəzifədən azad edilib? - DSX xəbəri təkzib elədi
"İctimai TV"nin əməkdaş rejissor Kənan M.M.-dən polisə şikayət edib - "Ölkədə hər büdcəyə uyğun yaltaq var, bax, sənə lazım idi?"
"İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl onu paraflaya bilər" - "Biz heç vaxt bu gündəliyə zidd olan müzakirələr aparmamışıq"
Sabah hava necə olacaq? - Proqnoz
Cəlilabadda dağlıq ərazidəki yanğın tam söndürülüb (YENİLƏNİB)
Türkiyədə daha bir bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
100-dən çox şəhid ailəsi, qazilər, tanınmış sənətçilər jurnalistlə bağlı ölkə rəhbərliynə müraciət ediblər
Məşhur aktyor 53 yaşında vəfat etdi
"Karvan"da baş məşqçi və məşqçilər təyinatı olub
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
I Qarabağ müharibəsində itkin düşmüş daha bir şəhidin şəxsiyyəti müəyyənləşdi - FOTO
“Qumar kralı”nın adamları azadlığa çıxdı - 8 illik hökm ləğv edildi
Rusiyalı MMA döyüşçüsü küçədə güllələndi - Anbaan VİDEO
Bakir Səfərovla bağlı daha bir qərar verildi
Kamal Kılıçdaroğlu Dövlət Baxçalıya zəng etdi - "Təşəkkür edirəm"
Arvad 37 yaşlı ərini bıçaqlayıb
Berdiməhəmmədov Bakıda belə qarşılandı - FOTO
Çanaqqalada meşə yanğını... - 4 kənd boşaldılıb, bəzi evlər yanıb, heyvanlar tələf olub
Mənzurə Musayeva 45 yaşında kişiyə ərə gedir: “Bəs qədər pulu, var-dövləti, iki-üç maşını, dörd-beş evi...
"Pulsuz kimsə istəyirsə, DİM-ə müraciət edə bilər” - İxtisas seçimi həyəcanı başlayır
İsrail Qəzzanı səhərədək bombalayıb - 50-dən çox ölən var
Özünü yorma, kişi, mən düzələn zad deyiləm… - Təbriz VƏFALI YAZIR
Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib
Milli-mənəvi dəyərlər və müasirlik
Netanyahu Suriyanı təhdid etdi: "Dərs çıxarın, yoxsa..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ağ Evin bağçasına giriş qadağan olunub