“Lotu Qoca”nın meyiti Bakıya gətirildi, 30-a yaxın avtoritet hava limanında

img

20-08-2013 [12:20]


İki gün əvvəl Türkiyədə qətlə yetirilən və "Lotu Qoca” ləqəbi ilə tanınan məşhur avtoritet Əlibala Həmidovun meyiti Bakıya gətirilib. "Qafqazinfo”ya daxil olan xəbərə görə, "Lotu Qoca”nın cənazəsi İstanbul-Bakı reysi ilə kriminal aləmdə tanınan sima olan Adəm Avarskinin müşayiəti ilə bu səhər Bakıya gətirilib. Cənazəni hava limanında 30-a yaxın avtoritetin müşayiəti ilə qarşılanıb. Hazırda Yasamal rayonu ərazisində, Şərifzadə küçəsində avtoritetin yas çadırı qurulub.

Qeyd edək ki, iki gün əvvəl "Qafqazinfo”ya "Lotu Qoca” ləqəbi ilə tanınan Əlibala Həmidovun Türkiyədə öldürülməsi ilə bağlı xəbər daxil olmuşdu. Rusiya mətbuatı da faktı təsdiqləmiş, onun hadisə yerində aldığı üç güllə yarasından sonra öldüyünu bildirmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA