Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat yoldaşı qətlə yetirilib

img

14-08-2013 [18:58]


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı qətlə yetirilib. Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Hökməli qəsəbəsində Əliağa Vahid küçəsində qeydə alınıb.

Aqil Dadaşova məxsus ikimərtəbəli evə oğurluq məqsədilə gələn şəxslər onun evdə olan həyat yoldaşı, 1955-ci il təvəllüdü Elmira Xalid qızı Dadaşovanı bıçaqlayaraq qətlə yetiriblər.

Hadisəni törədən şəxslərin müəyyənləşməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA