Azərbaycanda qız sevmədiyi oğlana ərə getməmək üçün özünü asdı

img

16-08-2013 [10:44]


Masallı rayonunda gənc qız özünü öldürüb. Milli.Az-a daxil olan məlumata görə, ötən gecə Qodman kəndində 18 yaşlı Rufanə Hüseynova yaşadığı evdə özünü asıb. Onun sevmədiyi oğlana verildiyi üçün özünə qəsd etdiyi bildirilir. R.Hüseynovanı ailə üzvləri asılmış vəziyyətdə tapıblar.

Masallı Rayon Prokurorluğundan isə Milli.Az-a bildirildi ki, orta məktəbi bu il bitirən R.Hüseynovanın özünə qəsd etməsinin dəqiq səbəbi hələlik bilinmir. Onun əsəb problemi olub və müalicə olunurmuş. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA