Kürdəmirdə sürücü özünü və sahə müvəkkilini yandırdı

img

01-09-2013 [15:09]



Kürdəmir rayonunun Sığırlı kəndində dəhşətli cinayət hadisəsi baş verib.

Rayondakı mənbələrdənTeleqraf.com-a verilən xəbərə görə, Sığırlı kənd sakini sahə müvəkkilini və özünü yandırıb. Buna onların arasında yaranan mübahisə səbəb olub.

Xəbərə görə, Sığırlı kənd sakini sürücüdür. Sahə müvəkkili onun avtomobilini yoxlayıb. Avtomobildə benzin qabları olub və sahə müvəkkilı onun daşıdığı yanacaqla maraqlanıb. Bu zaman onların arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən sürücü avtomobildəki benzini özünün və sahə müvəkkilinin üstünə tökərək od vurub. Hadisə nəticəsində hər iki şəxs III dərəcəli yanıq xəsarəti alıb. Vəziyyəti ağır olan sürücü və sahə müvəkkili rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA