Bakı sakini özünü 12-ci mərtəbədən atdı

img

08-08-2013 [10:48]



Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. MİA-nın APA-ya istinadən xəbərinə görə, Cəlil Məmmədquluzadə, 101 ünvanında yerləşən 16 mərtəbəli binanın 12-ci mərtəbəsindəki mənzilin balkonundan özünü atan şəxs həyatına son qoyub.

Qonşular ölənin Məmmədov Rasim İnqilab oğlu olduğunu söyləsə də, hadisə yerində işləyən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları intihar edən şəxsin kimliyinin müəyyən olunmadığını söyləyib.

Meyit ekspertiza olunmaq üzrə Şəhər Mərkəzi Klinik xəstəxanasına aparılıb. Faktla bağlı Nəsimi polisi və prokurorluğu tərəfindən araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA