Abbas Abbasovu vuran "qanuni oğru" həbs olundu

img

11-08-2013 [12:37]



Avqustun 9-da Moskvanın Domodedovo hava limanında erməni "qanuni oğru" Artyom Arakelyan həbs edilib. Polis onu Antalyadan qayıdarkən saxlayıb. 33 yaşlı "qanuni oğru" iyulun 26-dan beynəlxalq axtarışa verilib.

O, Lipetski vilayətində kriminal nəzarəti həyata keçirən və kriminal aləmdə Saşa Abbas kimi tanınan 40 yaşlı Abbas Abbasovun qətlində təqsirləndirilir.

Saşa Abbasın cəsədi ötən ilin yanvarında kanalizasiya kollektorunda tapılmışdı.

Məlumata göə, Saşa Abbas bir zamanlar bazarda alver edən Arakelyanın həyatının qaranlıq məqamları barədə məlumata malik olub və Moskvaya da bu məqamları lazımi şəxslərə açıqlamaq üçün gedib.

Ancaq orada yoxa çıxan Saşa Abbas Arakelyanın oğru aləminə daxil olmasının qarşısını ala biləcək şəxs olduğuna görə aradan götürülüb. aznews.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA