“Bakcell”lə Beynəlxalq Bank arasında qalmaqal davam edir

img

30-07-2013 [11:19]


"Bakcell” şirkəti ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında davam edən pul davası üzrə ötən həftə qərar çıxarılmadı. 

 Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından verilən şikayət hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır: «Hakim Elmira Nağıyeva ötən həftə tərəflər arasındakı çəkişmə üzrə yenə də qərarını açıqlamadı. O, prosesi bu gün, yəni iyulun 30-da davam etdirəcək».

 Xatırladaq ki,  "Bakcell” MMC Cahangir Hacıyevin prezidenti olduğu bankla bərabər, "Mobifon” MMC-i də məhkəməyə cəlb eləyib. Mobil şirkətin "Azərbaycan Beynəlxalq Bankı” ASC və üçüncü şəxs qismində məhkəməyə cəlb etdiyi "Mobifon” MMC-yə qarşı təminat üzrə pul və faizlərin ödənilməsindən bəhs edən iddiasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxxılıb.

 Məlumatda qeyd olunur ki, bu gün hakim Elmira Nağıyeva şikayət üzrə qərarını açıqlaya bilər. 

 Məsələ ilə bağlı tərəflərin mövqeyini də dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA